Baxşəlizadə Emil Aydın oğlu 1 aprel 2008-ci ildə
Bakı şəhərində anadan olub. Körpəlikdə
aktiv, şıltaq uşaq olub. Rəsm çəkmək,
plastilinlə oynamaq onun sevimli məşğuliyyətləri idi .
Hələ məktəbə getməmişdən əvvəl - 5 yaşından
başlayaraq onda məktəb həyatına və dərslərə
maraq hiss olunmağa başlayıb,
valideynlərinin və müəlliminin sayəsində yazmağı və oxumağı öyrənib. Hal-hazırda 267 saylı orta məktəbin ibtidai
sinif şagirdidir. Dərslərindən əla qiymətlər alır, sinifin seçilən əlaçı
şagirdlərindən biridir. Azərbaycan dili və riyaziyyat fənlərini daha çox sevir.
Uşaqlığından məktəbəqədər hazırlıq kursunda və həmçinin
məktəbdə təşkil olunan tədbirlərdə
iştirak edib. Məktəbəqədər hazırlıq kursuna getdiyi müddətdə şənliklərdə “dovşan” , “Şaxta baba” rollarında çıxışları
olub.
Valideynləri onları gəzintiyə, Kukla Teatrına, Gənc
Tamaşaçılar Teatrına aparıblar. Bu günlər Emil üçün yaddaqalan günlər olub.
Emil danışır : “Əldə etdiyim uğurlara görə müəllimimə
borcluyam. O, mehribandır, mən onu çox istəyirəm.”
Emil gələcək fəaliyyətində atası kimi olmaq istəyir,
uşaqlığından atasının uğurlu fəaliyyətini gördükcə düşünüb ki, gələcəkdə müstəntiq
olsun.
Gələcəkdə ən yüksək pilləyə qədər ucalmaq istəyir.
Ən mühüm planı cəmiyyətdə mötəbər,
savadlı, seçilən şəxslərdən biri olmaqdır. Dərslərini sona qədər əla qiymətlərlə
oxuyub, yüksək bal toplayaraq universitetə qəbul olmağı, gələcəkdə
sayılıb-seçilən insanlardan olmağı arzulayır.
Asudə vaxtlarında riyazi məsələlər həll edir, həyətdə
uşaqlarla futbol oynayır. İncəsənətlə məşğul
olmağı xoşlamır.
Tarixin yaddaşında yaşamaq üçün çoxlu xeyirli işlər
görməyi düşünür, kimsəsiz uşaqlara və qocalara kömək etmək, vətənin keşiyində
dayanan şərəfli Azərbaycan əsgərləri ilə görüşlər təşkil etməklə tarixdə qalmaq
istəyir.
Комментариев нет:
Отправить комментарий