elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 августа 2015 г.

Novruzov Ramal Aftandil oğlu

Novruzov Ramal Aftandil oğlu 1 avqust 2002-ci ildə Ordubad rayonu Pəzməri kəndində anadan olmuşdur. Körpəlikdə dəcəl,haylı-küylü,çox narahat bir uşaq olub. Ən çox maşınlara maraq göstərib. Atası ona uşaqlıqdan maşın sürməyi öyrədib. Heç bir oyuncağa qarşi ele marağı olmayib yalnız maşın, top və velosipedə olub.İlk təhsil aldığı məktəb 104 nomrəli tam orta məktəb olmuşdur. Hal-hazırda da həmin məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Məktəbə gedənə qədər yazmaği çox yaxşı bilmirdi, heç elədə maraq gostərmiyib. Ancaq şifahi  çoxlu tapmaca,bayatı,atalar sözləri, riyazi bacariqlari da həddindən artiq yaxşi olub. Oxumağaa maraği anasi tərəfindən oyadılmışdır. O bir çox bayram tədbirlərində fəal edib. Q.Abbasov adına mədəniyyət sarayında rəqs ansambılında 1 ildən artıq bayram şənliklərində yaxından iştirak edib. Oxuduğu məktəbdə riyaziyyat gecəsində rəqəmlərlə bağlı şeirlər söyləmişdi. Ən maraqlı,uğurlu günü sınaq imtahanına getdikcə yaxşı bal topladığı gün,hər ilin sonunda əlaçı olmağı, məktəbdə  keçirilən sınaq qiymətləndirməsində 6-cı siniflər arasında 1-ci yer və diplomla təltif olunduğu gün olub.
Asudə vaxtlarında kitab oxumağı, əlavə testlərlə məşğul olmağı,maraqlı tarixi kinolara baxmağı çox sevir.Gələcəkdə ən yüksək zirvəyə qədər çatmağı hədəfləyib. Polis olmaq istəyir. Əldə etdiyi uğur və nailiyyətlərə görə anasına özünü anasına borclu bilir.

Комментариев нет:

Отправить комментарий