elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 апреля 2015 г.

Vüsalə Abbas qızı Həsənova

Vüsalə Abbas qızı Həsənova 30 noyabr 1996-cı ildə Bərdə rayonunun Təhlə kəndində anadan olmuşdur. Körpəlikdə çox sakit və təmkinli uşaq olub. Məktəbə qədərki dövrdə tək oynamağı xoşlayırdı. Ailədəki söhbətlər zamanı heç maraqlanmırmış kimi göründüyü halda, sonradan hər şeyi ətraflı danışardı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilməsə I sinifdə oxuyan qardaşına öyrədilən şeirləri şifahidən əzbərləyirdi. Güclü hafizəyə malik olan Vüsalə balamız artıq 3 yaşında sözləri asanlıqla hecalara bölürdü.
Vüsalə artıq 9 yaşından şeir yazmağa başlamışdır. O , sadəcə uşaqlıq duyğularının doğurduğu fikirlərlə yazmışdır. Bu istedadı ona atasından keçmişdir.
Vüsalə hazırda 115 saylı məktəbin 11A sinfində təhsil alır. Dərslərinə daim məsuliyyətlə yanaşdığına görə I sinifdən indiyə qədər əla qiymətlərlə oxuyur. IX sinfi fərqlənmə ilə bitirmişdir. Onun ən sevimli fənnləri fizika, Azərbaycan dili və ədəbiyyat fənləridir.
Vüsalə 115 sayli məktəbin ən fəal şagirdi kimi aşağı siniflərdən başlayaraq məktəb daxilində və məktəbdən kənar tədbirlərdə fəal iştirak etmişdir. Gözəl bala ən çox aparıcı və bahar qızı obrazlarında çıxış etmişdir. Onun ilk uğuru 12 yaşında olmuşdur. Bu zaman onun ilk şeiri "Tumurcuq" qəzetində nəşr olunmuşdur.
2009-cu il "Uşaq ili" çərçivəsində keçirilən "İlin intellektual şagirdi" müsabiqəsində fərqləndiyinə görə, 2009-cu il "Xocalı faciəsi - 18 il" adlı inşa müsahibəsində fərqləndiyinə görə, 2010-cu il "Ekologiya ili" çərçivəsində keçirilən intellektual müsabiqənin qalibi olduğuna görə, 2013-cü il "Azərbaycan-Müstəqillik yolunda" şeir müsabiqəsində xüsusi fərqləndiyinə görə, 2013-cü il "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı müsaqibədə fərqləndiyinə görə, 2013-cü il 28 fevral "Nizami Gəncəvi 870" illik yubileyinə həsr edilmiş ədəbi bədii kompozisiya tədbirində fəal iştirakına görə, 2013-cü il Bakı şəhər Təhsil İdarəsinin təşkil etdiyi məktəblərarası bilik yarışının şəhər turunun birinci mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə layiq görüldüyünə görə, 2014-cü il Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiyada fəal iştirakına görə, 2014-cü il Heydər Əliyevin 91-ci ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir-sənsiz deyil" yaradıcılıq festivalında iştirakına görə, 2015-ci il "Azərbaycan incisi-Xəzərim mənim" adlı intellektual müsabiqədə fəal iştirakına görə, 2015-ci il "Ana dilimizi sevək" adlı şeir müsabiqəsində I yer tutduğuna görə diplomlar, tərifnamələr, fəxri fərnanlar almışdır.
Vüsalə bu günə qədər əldə etdiyi uğurlarına görə valideynlərinə və sevimli müəllimi Nigar xanıma borclu olduğunu düşünür .
Gələcəkdə hər zaman çətinliklərlə mübarizə aparıb sonda öz məqsədinə çatan bir insan olmaq istəyir. O fəaliyyətində ən azından Azərbaycan səviyyəsində məşhurluğu özünə hədəf seçmişdir. Vüsalə Həsənova neft sənayesi işçisi olmağa hazırlaşır, Azərbaycanda tanınmaq ,bir çox şairlərimiz kimi yaddaşlarda qalmaq istəyir.
Asudə vaxtlarında musiqi dinləməyi, bədii əsərlər, şeirlər oxumağı xoşlayır. Kövrək qəlbli balamız daha çox dünyadakı haqsızlıq, ədalətsizlik və sevgi mövzularına üstünlük verir.
Tarixin yaddaşında qalmaq üçün hər zaman həqiqətləri yazacağını düşünür. Onun ən maraqlı arzularından biri yazdığı şeirlərin ən yaxşısına mahnı bəstələnməsidir.

Комментариев нет:

Отправить комментарий