elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 апреля 2015 г.

Nəcəf Fikrətdin oğlu Nəcəfli

Nəcəf uşaqlıqda çox dəcəl idi. Lakin dəcəl olduğu qədər də şirin, sevimli və ağıllı olub. Özünəməxsus sərbəstliyi, təvazökarlığı, dostlarına münasibəti onu digər həmyaşıdlarından fərqləndirirdi. Balaca Nəcəf gözəl rəsmlər çəkməyi də bacarırdı.
Nəcəf Fikrətdin oğlu Nəcəfli 17 oktyabr 2001-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə çılğın təbiətli, həssas, nadinc, nağıllara qulaq asmağı sevən uşaq olub. Ən çox sevdiyi məşğuliyyət oyuncaq maşınları ilə oynamaq, evciklər düzəltmək idi.
Nəcəf 2008-ci ildə Pirşağı qəsəbəsindəki 188 saylı məktəbin I sinfinə qədəm qoyub. Hazırda həmin məktəbin VII şagirdidir. Sinif rəhbəri xanım Nəcəf haqqında deyir: “ - Nəcəfi gördüyüm ilk gündən onun fəallığını hiss etdim. Dərslərinə yanaşması, çalışqanlığı onu digər yoldaşlarından fərqləndirir. Güclü fantaziyası var. Adama elə gəlir ki, Nəcəf həmişə nəsə fikirləşir. O, fikirləşdiyi sualın həllini mütləq tapır. Və özündən yaşca böyükləri təəccübləndirir. Riyaziyyatı sevir, verilən tapşırıqları cəld və düzgün yerinə yetirir. Əminəm ki, Nəcəf bacarığı, qabiliyyəti, uzaq görənliyi ilə cəmiyyətdə layiqli yer tutacaq”.
Nəcəf məktəbdə keçirilən tədbirlərdə aktiv iştirak edir. Yeni il, Novruz şənliklərində, Əlifba bayramında şeirlər söyləmiş, səhnəciklər ifa etmişdir. Əlifba bayramı keçirilən gün Nəcəf üçün unudulmazdır. Nəcəf 26 fevral Xocalı faciəsinə həsr olunan tədbirdə fəryad edən köməksiz qoca kişi obrazı yaradıb. Məktəbdə keçirilən “Şeir sənət ocağıdır” adlı şeir müsabiqəsində Əliağa Kürçaylının “Xatirə” şeirini deməklə III yeri tutaraq diploma layiq görülüb.
Nəcəf asudə vaxtlarında nağıl oxumağı, cizgi filmlərinə baxmağı, rəsmlər çəkməyi xoşlayır. Müəllimlərinin, məktəb yoldaşlarının ümumiyyətlə, hər bir kəsin sevimlisi olan Nəcəf gələcəkdə öz biznesini qurmaq, gələcəkdə tanınmış inşaatçı-memar olmaq istəyir.

Nəcəfin yaşı hələ az olduğu üçün hesab edir ki, o, böyüdükcə maraqları, istəkləri, zövqü dəyişərək bir-birini əvəz edəcək. Biz isə Nəcəfə hansı sahədə olursa-olsun, o sahədə yüksəlməsini, uğurlar qazanmasını arzu edirik.

Комментариев нет:

Отправить комментарий