elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 апреля 2015 г.

Quliyeva Aysu Yasin qızı



Quliyeva Aysu Yasin qızı 23 iyul 2004 cü ildə dünyaya gəlib. Körpəlikdə çox sakit uşaq olub. Tez yeriməyə başlayıb. Artıq on aylığında ilk addımlarını atırdı. İki yaşında səlis danışırdı. Güclü yaddaşa malik idi, çoxlu nağıllar bilirdi. Azərbaycan, rus, ingilis dilində şeirlər və mahnılar oxuyurdu. Aysunun gözəl məntiqi var, bu onda lap kiçik yaşlarından inkişaf edib, maraqlı suallar qurur cavab gözləyirdi. Üç yaşında uşaq bağçasına gedib. Hələ məktəbəqədərki dövrdə şahmat və şaşki oynaya bilirdi.
Anası Aysunun  hər şeyə maraqlı olmasını görüb ona oxuyub-yazmaq öyrətmişdi. Beləliklə hələ məktəbə qədəm qoymamış bu istedadlı dostumuz artıq oxuyub yaza bilirdi.
Aysu hərtərəfli uşaqdır. Lap erkən yaşlardan şahmata, gimnastikaya, rəqsə maraq göstərib.
Aysu  hazırda 157 saylı orta məktəbin 5a sinfində oxuyur. Sinif nümayəndəsi, aparıcı şagirdlərdən biridir.
Dərslərinə çox məsuliyyətlə yanaşan əlaçi şagirdimizin şəkli “Şərəf lövhə”sini bəzəyir. Məktəbin fəallarındandır. Məktəb tədbirlərinin demək olar ki, hamısında iştirak edir. Müxtəlif rollar oynayır, rəqs edir, şeir söyləyir. Qanlı yanvarla bağlı tədbirdə Larisa rolunu ifa edib.
“Turacı” rəqsini çox sevir və  bəzi tədbirlərdə məharətlə ifa edib.
Şəki Xan sarayında və Lahıcda gəzintidə olub. Bu günlər onunçün ən maraqlı xatirələrdəndir.
Gimnastikada  fəal iştirakından dolayı sertifikatla mükafatlandırılıb.
Aysu valideynlərinin  və müəllimlərinin üzərindəki əməyini yüksək qiymətləndirir. İbtidai sinif müəllimi Nəzakət Əliyeva, sinif rəhbəri Rəfiqə Yusifova, gimnastika müəllimi Aygün Əliyeva, ingilis dili müəllimi Dilrubə Hüseynovaya minnətdar olduğunu deyir.
Gimnastika və şahmatda böyük uğurlar əldə etmək istəyir. Hüquqşünas olmaq, insan hüquqlarını müdafiə etmək arzusundadır.
Aysu boş vaxtlarını səmərəli keçirir. Mütailə edir, rəsm çəkir, ingilis dilini mükəmmələşdirir.
Universitetə daxil olmaq və təhsilini xarici ölkələrin birində təkmilləşdirmək istəyir. Eyni zamanda başqa dillər öyrənmək arzusundadır.
Məktəbdə iştirak etdiyi bir çox tədbirlər, getdiyi kurslardakı fəaliyyəti haqda internet saytlarında məqalə yerləşdirilib.

Biz də bu istedadlı və vətənpərvər balamıza müvəffəqiyyətlər arzu edir, uğurlarınn davamını diləyirik.

1 комментарий: