elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 апреля 2015 г.

Gələcəyin memarı (Hafiz Gündüz oğlu Kazımov)

Hafiz Gündüz oğlu Kazımov 1997-ci ildə yanvarın 14-də Bakı şəhərində anadan olmuşdur. O, hazırda V. Əvəzov adına 300 saylı məktəbin XI sinfində oxuyur. Dərslərinə məsuliyyətlə yanaşır. Hər bir fənnə aid tapşırığı həmişə həvəslə yerinə yetirir. Tədris fənlərindən ən çox riyaziyyat və kimya fənnlərinə maraq göstərir.
Kazımov məktəbin ən fəal şagirdlərindən biridir. Bu istedadlı gənc xeyli uğurlara imza atmışdır. O, Binəqədi rayonunda keçirilən tədbirlərdə rəssamlıq qabiliyyətinə iştirak etmişdir. Hafizə görə həyatında ən uğurlu gün ilk dəfə fəxri fərmanla təltif olunduğu gün olmuşdur. Həmin gündən təsviri incəsənətə marağı daha çox artmışdır. Bundan sonra fəaliyyətində müxtəlif uğurlar əldə  etmişdir. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında "Azərbaycan səninlədir - sənsiz deyil" mövzusunda keçirilən rəsm müsabiqəsində, 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda tədbirdə fəxri fərmana, "Təmiz Binəqədi" layihəsi çərçivəsində "Gigiyenik qaydalara düzgün əməl edək" mövzusunda keçirilmiş silsilə təlimlərin yekunu olaraq elan olunmuş "Ən yaxşı rəsm" nominasiyası üzrə II yer tutduğuna görə diploma layiq görülmüşdür.
Fərqli fikirləri ilə öz həmyaşıdlarından seçilən bu rəssam balamiz fəaliyyətində kiməsə oxşamaq istəmir. O, eyni bir xətt əsasında rəsmlə məşğul olmaqdansa, daha çox fərqli, sadəcə öz düşüncələrinin əsasinda özünü doğrultmağı üstün tutur. Hafizə görə rəsmdə ən uca zirvələrə yüksəlməyin, gələcəkdə peşəkar memar olmağın sirri insanın daxilində gizlidir. Çünki bu sənətin başlıca qaydası qabiliyyətlə yanaşı, həm də sərbəst düşüncədir. O da qabiliyyətlərini düşüncələri əsasında inkişaf etdirəcəyinə, peşəkar memar-dizayner olacağına inanır. Hazırda ali məktəbə hazırlaşdığı üçün daha çox dərsləri ilə məşğul olur.
O, boş vaxtlarında musiqi dinləməyi və "İnstaqram" sosial şəbəkəsində rəssamları izləməyi, onların əl işləri ilə maraqlanmağı xoşlayır.

Gələcək fəaliyyəti ilə bağlı bir sıra planları vardır. İndi isə onun qarşisindakı birinci dərəcəli məqsəd ali məktəbə daxil olmaqdır.

Комментариев нет:

Отправить комментарий