elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 апреля 2015 г.

Ömərova Fatimə Elimxan qızı

Ömərova Fatimə Elimxan qızı 2 dekabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Beş aylıqdan iməkləməyə başlayıb, səkkiz aylığında yeriməyə başlayan bu çevik qız 1 yaşında olanda sözlərin çoxunu deməyi bacarırdı. Hələ kiçik yaşlarından atasına şəkillər çəkdirir, onunla birlikdə rəsmləri rəngləməyə çalışırdı. Məktəb yaşına çatanda Fatimə artıq yazıb-oxumağı bacarırdı.
Çox ağıllı uşaq olan Fatimə həm də zəkasıyla yaşıdlarından fərqlənirdi.
I sinfə 311 saylı tam orta məktəbdə başlayıb. Hazırda isə 202 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Fatimə dərslərini əla oxuyur. Texniki fənnləri daha çox sevdiyini həmişə vurğulayıb.
Məktəbdə təşkil olunmuş Xocalı soyqırımına həsr olunmuş tədbirdə  fəal iştirak edib, Müəllimlər gününə həsr olunmuş tədbirdə isə aparıcı kimi çıxış edib. Fatimənin ən yaddaqalan və unudulmaz günləri aşağıdakılardır:
I sinifdə aldığı tərifnamə, II sinifdə aldığı diplom, “İstedad axtarışı” adı altında riyaziyyat fənnindən keçirilən müsabiqədə aldığı diplom, III sinifdə aldığı diplom,  IV sinifdə aldığı tərifnamə, V sinifdə aldığı fəxri fərman, “Müəllimlər günü”nə həsr edilmiş tədbirdə aldığı fəxri fərman.
Fatimə V siniflər üzrə “SMART” Tədris Mərkəzi tərəfindən keçirilmiş sınaqlarda iştirak edib və ümumi nəticəyə görə I yerin tutub və sertifikat alıb.
Fəaliyyəti mahiyyətiylə Nəsrəddin Tusiyə bənzəmək istəyən Fatimə, uğurlar əldə edib, ən uca zirvəyə yüksəlmək istəyir.
Gələcəkdə təhsilini Ali Neft Məktəbində davam etdirməyi qarşısına məqsəd qoyan Fatimə, həm də çoxlu bədii kitablar oxuyur.
Orta məktəbi qızıl medalla bitirib, 700 balla universitetə qəbul olmaq, prezident təqaüdünə layiq görülmək arzusundadı.
Gələcəkdə böyük kəşflər edib tarixin yaddaşına hopmaq və Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəşi olmağı qarşısına məqsəd qoyub.
Arzularin çin olsun Fatimə!

Комментариев нет:

Отправить комментарий