Gülzarə Niyaz qızı Hüseynova 16 aprel 1995-ci ildə
Bakı şəhərində anadan olub. Anası Əsbət xanım illərlə qız övladına sahib olmaq
istəyib. Gülzarə dünyaya gələnə yaxın Əsbət xanım yuxusunda nur üzlü, ağsaqqal
bir kişi görüb, ona deyib ki, qızın olacaq, ona Gülzarə adını verərsiniz. Mənasını
soruşanda isə “sən bilməzsən” deyib.
1999-cu ildə Abşeron rayonunun Fatmayı kəndinə köçüblər.
2001-ci ildə Dadaş Bünyadzadə adına Fatmayı kənd orta məktəbinin I sinfinə qədəm
qoyub. Gülzarə ilk dəfə məktəbdə yazmağı və oxumağı öyrənib.
2012-ci ildə həmin məktəbdən məzun olub Rabitə və Nəqliyyat
Kollecinin “Radiorabitə, radio verlişləri və televiziya” ixtisasına qəbul olub.
Hazırda həmin kollecin III kurs tələbəsidir. Dərslərindən əlavə məşğuliyyəti
müxtəlif xarakterli yazılar hazırlamaq, onları internet saytlarında yerləşdirmək,
kompüterdə müxtəlif məzmunlu video-kliplər hazırlamaqdan ibarətdir.
Orta məktəbdə oxuduğu illərdən bəri əlaçı, eyni
zamanda aktiv şagirdlərdən biri olub. Onun şəkli əlaçı şagird kimi “Şərəf lövhəsi”nə
vurulub. Yuxarı siniflərə keçdikcə Azərbaycan dili və ədəbiyyatına marağı
artıb. Orta məktəbdə keçirilən bütün tədbirlərdə, ictimai işlərdə, ekskursiya və
gəzintilərdə, olimpiadalarda və müsabiqələrdə iştirak edib. Məktəbin əksər tədbirlərində
şeir və mahnı ilə çıxış edib, lakin çox vaxt aparıcı olub. IV sinifdə oxuyanda
bir tədbirdə pianoda bir neçə mahnı ifa edib.
2005-ci ildə sinifin hazırladığı “Əsrlərdən gələn
yadigar” adlı Şah İsmayıl Xətaiyə həsr olunmuş tədbirdə aparıcı olub. Həmin gün
tədbirin sonunda, yazdığı şeirlərə görə Abşeron rayon Uşaq Yaradıcılıq Mərkəzinin
keçirdiyi “Ədəbi yaradıcılıq” müsabiqəsinin I mərhələsində tərifnamə ilə təltif
olunub.
Növbəti dəfə 2008-2009-cu tədris ilində təlimdə
qazandığı müvəffəqiyyət və nümunəvi davranışa görə məktəb rəhbərliyi tərəfindən
fəxri fərmanla təltif olunub. 2010-cu ildə Fatmayı kənd orta məktəbinin
pedaqoji kollektivi adından valideynlərinə təşəkkür məktubu ünvanlanmışdır.
23 dekabr 2010-cu ildə 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr edilmiş inşa müsabiqəsində məktəbini təmsil edib II yeri
tutduğuna görə fəxri fərmanla və hədiyyə ilə təltif olunub.
Orta məktəbdə oxuduğu illər ərzində dərslərindən əlavə
7 il musiqi təhsili alıb. 2002-ci ildə Nəsimi rayonu 247 saylı Abdulla Rəhimov
adına ümumtəhsil məktəbinin nəzdində fortepiano ixtisası üzrə musiqi kursunda
Firəngiz Əliyevanın sinfinə daxil olub və 2009-cu ildə həmin musiqi kursunu müvəffəqiyyətlə
bitirib.
Hazırda təhsil aldığı Rabitə Kollecində də seçilən tələbələrdən
biridir. Ən sevimli fənnləri politalogiya və həyat fəaliyyətinin təhlükəsizliyi
fənnləri olub. Kollecin ictimai işlərində yaxından iştirak edir və müəllimlərinə
əlimdən gələn köməkliyi göstərir.
Həyatının ən maraqlı günü 2014-cü ildə 19-cu doğum
gününü aktyor dostları ilə birlikdə qeyd etməyi olub. Çünki həmin gün ailə üzvləri
ondan xəbərsiz belə bir tədbir hazırlamaqla ona həyatının ən böyük sürprizini
etmişdilər.
Ən uğurlu günü ilk dəfə Akademik Milli Dram Teatrının
səhnəsində “Don Juan və həndəsə” tamaşasını izlədiyi gün olub. Həmin gündən
sonra incəsənətə olan baxış tərzi dəyişib.
Həyatda qazandığı uğurlara görə müəllimlərinə və
anasına borclu olduğunu deyir. İbtidai sinif müəlliməsi olan Elmira Ələkbərova,
yuxarı siniflərdə sinif rəhbəri olan Gülnar Fətəliyeva həmişə ona yaradıcılığa
olan həvəsi ilə bağlı dəstək olublar. Ən böyük dəstəyi isə anası olub. Gələcəklə
bağlı heç bir planına görə anası ona etiraz bildirməyib.
Uşaqlığından bəri ən böyük arzusu aparıcı olmaq,
xüsusilə də radioda çalışmaq olub. Ətrafında bu sahə ilə məşğul olan adam
olmasa da , bu həvəs onda uşaqlığından yaranıb. İxtisası üzrə güclü mütəxəssislər
çox olsa da o öz yolunu yaratmağı və özü gələcəyin mütəxəssisi olmağı hədəfləyib.
Seçdiyi ixtisasla əlaqədar həmişə işinin ustası olmağı arzulayıb, sənətini sevməyində
ideal hesab etdiyi bir insan olmayıb. Həyatda ən böyük məqsədi hər şeyi özünün əldə
etməyidir.
Kolleci bitirdikdən sonra indi təhsil aldığı ixtisas
üzrə işləməyi, xüsusilə radio aparıcısı olmağı arzulayır. Eyni zamanda yenidən
ali məktəbə keçirilən qəbul imtahanlarında iştirak etməyi və biliyini təkmilləşdirməyi
planlaşdırır.
Gülzarə üçün xoşbəxtlik mehriban ailəyə və əsl
dostlara sahib olmaqdadır. Gələcəkdə təhsilini davam etdirib, əsl mütəxəssis
olmaq da xoşbəxtliyinə öz payını əlavə edəcək.
Asudə vaxtlarında müxtəlif yazılar hazırlayır. Mahnı
oxumağı isə xüsusilə sevir. Hər dəfə yeni bir mahnı ifa edəndə bunu rəfiqələri
ilə bölüşür və birlikdə həmin mahnını müzakirə edirlər. Çətin də olsa gün ərzində
hər şeyə bir az vaxt ayırmağa çalışır. Axşamlar kitab oxuyur. Bu həm
dünyagörüşünü zənginləşdirir, həm də nitqinin inkişafına kömək edir.
İlk dəfə “Azərbaycan dünyası” qəzetinin 23 aprel
2003-cü il sayında Gülzarənin və qardaşlarının haqqında Xatirə Yaqub qızının məqaləsi
dərc olunub. 9 yaşı olanda “Lider” kanalında yayımlanan “Dan ulduzu” uşaq mahnı
və rəqs müsabiqəsinin seçim turlarında da iştirak edib.
Комментариев нет:
Отправить комментарий