Məmmədli Cavid Afis oğlu 28 avqust 1998-ci ildə Bakı şəhərində
anadan olub. Körpəlikdən indiyə qədər valideynləri onu daim sevgi içində
böyüdüb. Valideynləri deyir ki, Cavid arzulanan bir uşaq olub. O körpəlikdən
çox mehriban, güləyən bir uşaq idi. İməkləməyə başlayandan ən çox marağı
torpaqla oynamaq idi. Yayda torpaqda, dəniz qırağında qumda yorulmadan,
fantaziyalarına uyğun nələrsə düzəldirdi. Cavid 4 yaşında sərbəst olaraq
fikrini rəsmlərlə ifadə etməyi bacarırdı. Valideynləri bildirir ki, ilk dəfə
televiziyada 26 fevral Xocalı soyqrımına həsr olunmuş verlişdən sonra çəkdiyi rəsmi
ilə hamını təəccübləndirdi. Rəsmdə yanan evləri, ölən uşaqları, hətta zəncirdə
ölən itin də rəsmini elə təsvir etmişdi ki, onun kiçik yaşında bu hadisələri
belə dərin hiss etməsi hamını təəccübləndirmişdi.
Cavid çox kövrək uşaq idi. Müəllimləri deyirlər ki, "I
sinifdə oxuyanda uşaqları 20 Yanvarın ildönümü ilə bağlı Şəhidlər Xiyabanına
aparacaqdıq. Uşaqlar 20 Yanvara aid şeirlər öyrənmişdilər. Cavid də B. Vahabzadənin
"Larisa" şeirini söyləyəcəkdi. Növbə Cavidə çatdıqda o, Larisanın məzarı
önündə dayanıb dəfələrlə şeiri deməyə cəhd etdi. Amma kövrəlməyi, gözündən axan
yaşlar ona şeiri tamamlamağa imkan vermədi. Həmin an hamımız kövrəlib ağlamışdıq."
Cavid uşaqlıqda çox gec dil açıb. Bu səbəbdən o daha
çox rəsm çəkməyə meylli olurdu. Valideynləri onun özünə inamını artırmaq üçün 6
yaşında onu idmana yönəltdilər. Gec danışmağa başladığına görə, məktəbə gedəndə
yazıb-oxumağı bacarmırdı. Amma güclü yaddaşı, özünə inamı və iradəsi ilə
tezliklə birincilər sırasında oldu. Cavid 5 illik musiqi təhsili də alıb. O
xalq rəqslərini, muğamı qarmonda çox gözəl ifa edir. O daim tərbiyəsi və təhsili
ilə valideynlərinin və müəllimlərinin başını uca edib.
Cavid 275 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini
əla qiymətlərlə oxuyur. Ən çox riyaziyyat, fizika, coğrafiya və ana dili fənnlərini
sevir. Cavid bütün nailiyyətlərində ona dəstək olan anasına, Rafael müəllimə
borclu olduğunu bildirir.
Cavid asudə vaxtlarında idmanla, rəsmlə, musiqi ilə məşğul
olmağı sevir. Əhvalına uyğun rəsmlər çəkməyi daha çox xoşlayır.
Gələcəkdə Cavid ali təhsilini Almaniyada almaq və ən
son biliklərə nail olduqdan sonra " BMW" avtomobil şirkətində
dizayner işləmək istəyir. Bununla yanaşı rəsm, musiqi və idmanda da daha böyük
nailiyyətlər qazanmağı arzulayır.
Cavid bildirir ki, "Tarixin yaddaşında avtomil
dizayn etməklə qalmağı çox istəyirəm və bunun üçün hər gün çalışıram. "
Cavidin bu günə kimi qazandığı nailiyyətlər:
23.02.2005-ci ildə SUPER KONTAKT idman növü üzrə
imtahanda gözəl texnika və bacariq göstərdiyimə görə V dərəcə sarı kəmər ilə təltif
olunub,
26.02.2005-ci ildə 26 fevral Xocalı Şəhidlərinin xatirəsinə
həsr olunmuş SUPER KONTAKT idman növü üzrə turnirdə III yer,
27.03.2005-ci ildə SUPER KONTAKT idman növü üzrə turnirdə
I yer,
03.06.2005-ci ildə Dünya Büdo Federasiyanın təmsilçiliyinin
Bakı şəhərində təşkil etdiyi SABAKI FULL KONTAKT ve BUDO LOU-KIK sistemi üzrə dünya
və Asiya lisenziyası üçün I açıq AZƏRBAYCAN ÇEMPIONATIN BUDO LOU-KIK növündə II
yer,
14.08.2005-ci ildə DÜNYA BUDO FEDERASIYASININ Azərbaycan
təmsilçiliyinin Bakı şəhərində keçirtdiyi ENŞİN KARATE üzrə kəmər imtahan
seminarında bacarıq gösterərək VIII kyu göy kəmərə layiq görülüb,
12.11.2005-ci ildə 12 noyabr Konstitusiya gününə həsr
olunmuş FULL KİK-BOKSİNQ idman növü üzrə birincilikdə III yer,
05.12.2005-ci ildə FRİ-FAYTİNQ idman növü üzrə uşaq və
yeniyetmələr arasında turnirde III yer,
12.06.2006-ci ildə FUL KİK BOKSİNQ idman növü üzrə
turnirdə III yer,
26.10.2007 müvəffəqiyyətlə bilik və bacarıq nümayiş
etdirərək Aşihara-Kai-Kan karate üzrə IX kyu dərəcəsinə layiq görülüb,
19.02.2008-ci ildə müvəffəqiyyətlə bilik və bacarıq
nümayiş etdirərək Aşihara-Kai-Kan karate üzrə VI kyu dərəcəsinə layiq görülüb,
10-11.05.2008-ci ildə Dünya Budo Federasiyası Asiya ve
Azərbaycan təmsilçiliyinin Enşin karate və Sabaki Jitsu Karate üzrə keçirdiyi Filiallararası
açıq çempionatda Enşin Karate sistemində I yer dərəcəsinə layiq görülüb,
18.07.2008-ci ildə müvəffəqiyyətlə bilik ve bacarıq
nümayiş etdirərək TSU ŞİN GEN karate sisteminin standart qaydalarına müvafiq
olaraq II kyu qəhvəyi kəmər dərəcəsinə təltif olunub,
26.04.2008-ci ildə müvəffəqiyyətlə bilik və bacarıq
nümayiş etdirərək Aşihara-Kai-Kan karate üzrə IV kyu dərəcəsinə layiq görülüb
07.09.2008-ci ildə Dunya Budo Federasiyası Asiya və Azərbaycan
Təmsilciliyinin Baki şəhərində keçirdiyi Sabaki Jitsu Karate üzrə respublika çempionatında
I yeri tutduğuna görə,
19.10.2008-ci ildə yeniyetmələr, gənclər və böyüklərarası
TSU ŞİN GEN karate sistemi üzrə Bakı çempioanatinda I yeri tutduguna görə təltif
olunub,
29.11.2008-ci ildə müvəffəqiyyətlə bilik ve bacarıq
nümayi. Etdirərək TSU ŞİN GEN karate sisteminin standart qaydalarina müvafiq
olaraq I dan qara kəmər dərəcəsinə təltif olunub,
15.03.2009-ci ildə yeniyetmələr, gənclər və böyüklərarası
SAYOKAN döyüş növünün tam əlaqəli sistemi üzrə Novruz Turnirinində I yeri
tutduguna görə təltif olunub,
15.03.2009-cu ildə yeniyetmələr, gənclər və böyüklərarası
SAYOKAN döyüş növünün soyuq silahdan istifadə sistemi üzrə I aciq Novruz
turnirində II yeri tutduğuna görə təltif olunub,
05.2009-cu ildə Azərbaycan Respublikasi DAYDO-DJUKU üzrə
açıq çempionatda Kudo karate növü üzrə I yeri tutduğuna görə təltif olunub,
18.10.2009-cu ildə FREE-FİGHTİNG üzrə keçirilən SPORT
AGAİNST DRUGS AND TERRORİSM turnirde I yeri tutduğuna görə təltif olunub,
24.10.2009-cu ildə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
təşkil etdiyi imtahanda bacarıq göstərərək Sayokan Döyüş sənətinin Alplıq
Proqramı A(Full-kontakt) ve Alplıq Programi B( Self defence) də lazim olan
zehni və fiziki şərtlərini yerinə yetirmiş və Sayokan xarakteri olan üstün xidmət,
məsuliyyətlik, ləyaqət, sədaqət, birlik və qardaşlıq ruhu, birləşdirici səyi, bütün
qanunlarına riayət xüsusiyyətlərini, ruhunda və şəxsiyyətində qoruyaraq mərkəzin
texniki komissiyasının təsdiqi ilə I san/dan qara kəmər dərəcəsinə layiq
görülüb,
29.11.2009-cu ildə yeniyetmələr, gənclər və böyüklərarası
SAYOKAN döyüş növünün tam əlaqəli sistemi üzrə Sumqayıt şəhərinin 60 illik
yubileyinə həsr olunmuş turnirdə I yeri tutduğuna görə təltif olunub və ilin
sonunda SAYOKAN DÖYÜŞ NÖVLƏRİ MƏRKƏZİNİN 2009-cu ilin nəticələrinə yeniyetmələrarası
ilin döyüşçü nominasiyasına layiq görülüb,
14.03.2010-cu ildə yeniyetmələr, gənclər və böyüklərarası
Sayokan döyüş növünün Aypara sistemi üzrə II açıq Novruz turnirində I yer,
14.03.2010-cu ildə yeniyetmələr, gənclər və böyüklərarası
Sayokan döyüş növünün tam əlaqəli sistemi üzrə II açıq Novruz turnirində I yer,
09.05.2010-cu ildə Sayokan döyüş növünün tam əlaqəli
sistemi üzrə I yer,
20.11.2010-cu ildə Azərbaycan Sayokan döyüş novleri mərkəzinin
təşkil etdiyi imtahanda bacarıq göstərərək Sayokan doyus senetinin Alplıq Proqramı
A (Full-kontakt) ve Alplıq Proqramı B (self defence) də lazımi olan zehni ve
fiziki şərtlərini yerinə yetirmiş ve Sayokan xarakteri olan üstün xidmət, məsuliyyətlik,
ləyaqət, sədaqət, birlik və qardaşlıq ruhu, birləşdirici səyi, bütün intizam
qanunlarına riayət xüsusiyyətlərini, ruhunda və şəxsiyyətində qoruyaraq mərkəzin
komissiyasının təsdiqi ilə II dan qara kəmər dərəcəsinə layiq görülüb,
23.01.2011-cu ildə Azərbaycan Sayokan Döyüş növləri mərkəzinin
təşkil etdiyi uşaq, yeniyetmələr və gənclərarası "Sayokan narkomaniya və
uşaq cinayətkarlığına qarşıdır" devizi altında keçirilen turnirdə yüksək
texnika ve bacarıq göstərdiyinə görə I yer,
23.01.2011-cu ildə Azərbaycan Sayokan Döyüş növləri mərkəzinin
təskil etdiyi uşaq, yeniyetmələr və gənclər arasi "Sayokan narkomaniya və
uşaq cinayətkarlğına qarşıdır" devizi altında kecirilən turnirdə gənc
sistemi üzrə I yer,
17-18.02.2011-cu ildə İranın paytaxtı Tehran şəhərində
keçirilən OPEN ASİA 2011 CHAMPİONSHİP OF THE KİK-JİTSU M. M. A II yer,
08.05.2011-cu ildə uşaq, yeniyetmələr və gənclər
arasinda "Ümummilli Lider Heydər Əliyevin" xatirəsinə həsr olunmuş turnirdə
Sayokan döyuş sənətinin Cəng sistem uzr ə I yer,
08.05.2011-cu ildə uşaq, yeniyetmələr və gənclər
arasinda "Ümummilli Lider Heydər Əliyevin" xatirəsinə həsr olunmuş
turnirdə Sayokan döyuş sənətinin Basaqar sistemi uzrə I yer,
Yeniyetmələrarası "İlin ən çox nailiyyətli idmançısı"
nominasiyasına - Azərbaycan Sayokan Döyüş növləri Mərkəzinin 2011-ci ilin nəticələrinə
görə layiq görülüb,
22.01.2012-ci ildə Azərbaycan Sayokan döyüş növləri mərkəzinin
təşkil etdiyi uşaq, yeniyetmler və genclerarasi "Sayokan Narkomaniya ve
usaq cinayetkarligina qarsidir" devizi altinda keçirilən II respublika turnirində beturalp sistemi uzrə I yer,
22.10.2012 Azerbaycan Budo Döyüs Növləri
Federasiyasiyasının Bakiı şəhərində keçirdiyi kəmər imtahan seminarinda bacarıq
göstərərək Budo Döyüş Növləri üzrə 1-ci dan qara kəmər dərəcəsinə layiq görülüb
17.02.2013 Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
təşkil etdiyi uşaq, yeniyetmələr və gənclərarasi "Sağlam gəncliklə xoşbəxt
gələcəyə doğru" devizi altında keçirilən turnirdə B sistemi uzrə 1-ci yer
03.2013 Azərbaycan Mərkəzi Bankının keçirdiyi "pul
və bankçılığın rəsmlərdə təsviri" mövzusundakı müsabiqədə ən yaxsi rəsm
nümayiş etdirdiyinə və III yer tutduğuna görə diplomla təltif olunub,
"Qlobal Pul Həftəsi" çərçivəsində Azərbaycan
Respublikası Mərkəzi Bankı, Təhsil Nazirliyi və Ümidli Gələcək Gənclər Təşkilatı
tərəfindən məktəb şagirdləri arasinda təşkil edilən maliyyə-bank mövzulu rəsm və
əl işləri musabiqəsində fəal iştirak etdiyinə görə təltif olunub,
Usaq Huquqlari üzrə Azərbyacan QHT Alyansi Səbail rayon
İcra Hakimiyyəti və "World Vision International" təşkilatinın dəstəyi
ilə 1 İyun Uşaqların Beynəlxalq Mudafiəsi Gününə həsr edilmiş tədbirində fəal
iştirak etdiyi üçün təltif olunub,
06-09.05.2013 Turkiyə Respublikasının İstanbul şəhərində
keçirilən Child and Youth Finance İnternational təşkilatının “Reshaping the
Future of Finance” II Annual Child and Youth Finance İnternatioal Summit de
iştirak etdiyinə görə sertifkatla təltif olunub,
2013-cü ildə Braziliya Ciu-Citsu uzrə keçirilən
seminarda iştirak etdiyinə görə sertifikat ilə təltif olunub,
08-09.06.2013-cü il Braziliya Ciu-Citsu üzrə I respublika
birinciliyi və çempionatında II yer,
01.11.2013-cü ildə müvəffəqiyyətlə bilik və bacarıq nümayiş etdirərək İnternational Karate
Organization Enshin Kai-nin prezidenti Kancho Joko Ninomiya terefinden I kyu dərəcəsinə
layiq görülüb,
07-09 fevral 2014-ci ildə Free Kontakt uzrə Avrasiya çempionatinda
I yer,
"Qartal" Peşəkar idman Klubunun Kinqboksinq
idman növü üzrə Beynəlxalq Çempionata hazırlıq məqsədi ilə, Bakı şəhərində təşkil
etdiyi Klublararası turnirdə I yer,
26. 08. 2014 Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin idman sağlamlıq mərkəzinin yaradılmasının 15 illik yubileyinə həsr
olunmuş İçigeki Kiq üzrə açıq birincilikdə III yer,
24. 01. 2015 Alpaqut Turan Döyuş sənəti üzrə imtahanda
bacarıq gostererek I dan qara kəmər dərəcəsinə layiq görülüb,
22. 02. 2015 Alpaqut Caymaz sistemi üzrə Azərbaycan Respublikası
çempioanatında II yer
06-08. 03. 2015 Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin keçirdiyi Azərbaycan Budo Federasiyasının açıq Azərbaycan çempionatında
free-kontakt növündə I yer
Комментариев нет:
Отправить комментарий