Azərbaycanın gənc istedadlarımızdan biri də Fidan Fuad
qızı Yüzbaşovadır. Fidan 25 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Valideynləri deyir ki, Fidan uşaqlıqda çox hərəkətli uşaq olub. Xoşladığı məşğuliyyət
tibb sahəsi üzrə yeni fikirlər almaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı
bilirdi. İstedadı ilə bağlı o daha kiçik yaşlarından öz üzərində çalışmışdır.
Fidan Bakı şəhəri 207 saylı tam orta məktəbdə təhsil
alır. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, ədəbiyyat,
fizika, biologiyadır.
Fidan I-IV siniflərdə bayram tədbirlərində Bahar qızı
olaraq çıxış etmişdir. VIII sinifdə məktəblərarası şeir müsabiqəsində, IX
sinifdə isə məktəbdə keçirilən "20 Yanvar", "Xocalı", "Ana
dili "və "Müsyo Jordan" tədbirlərində fəal iştirak etmişdir.
Çıxış etdiyi tədbirlərin çoxunda aparıcı kimi çıxış
etmiş və şeirlər söyləmişdir. Son tədbir olan "Müsyo Jordan"da isə Şəhrəbanu
rolunu oynamışdır. Fidan VIII sinifdə keçirilən Azərbaycan dili haqqında tədbirdə
birincilik qazandığı günü ən uğurlu gün hesab edir. Əldə etdiyi uğurlarına və
nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab
edir.
Fidan gələcəkdə həkim olmaq arzusundadır. Bu fikrə o
beş yaşından bəri düşüb. Həkim olmaq istəməsində əsas məqsədi bu sənətin nə qədər
müqəddəs və çətin olduğunu bir daha sübut etməkdir. O, asudə vaxtlarında kitab
oxumağı və musiqi dinləməyi çox sevir. Bədii yaradıcılıqda daha çox əsərlərə və
şeirlərə üstünlük verir.
Həkim olmaq istəyən Fidan bu sənətin mütəxəssisi olmaq
arzusundadır.
Onun fikrincə tarixin yaddaşında qalmaq üçün tibb sahəsində
yeni kəşflər etməli, insanların daha rahat və firəvan yaşamalarını təmin etməlidir.
Fidan Milli qəhrəmanımız Əliyar Əliyevin xatirəsinə həsr
olunmuş tədbirdə hazırladığı məqaləyə görə mükafatlandırılmışdır.
Arzusu, məqsədi böyük olan Fidana biz də uğur arzu
edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий