elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 апреля 2015 г.

Mina Tərlan qızı Əliyeva

Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Mina Tərlan qızı Əliyevadır. Mina 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Mina körpəlikdə çox ağıllı, düşüncəli, sakit, məsuliyyətli eyni zamanda öz fikri olan, hamıya hörmət edən bir uşaq olub. Körpəlikdən hər şeyə diqqət yetirib. Təbiəti, təbiət qoynunda olmağı çox sevir. Mina "Aura" İdman kompleksində gimnastika ilə, Adil İsgəndərov adına Mədəniyyət Evində Hacı Məlikovun rəhbərlik etdiyi rəsm dərnəyində məşğul olub.
Mina məktəbə gedənə qədər yazib-oxumağı evdə valideynləri, uşaq bağçasında isə müəllimləri tərəfindən öyrənmişdir. Təsviri incəsənətə marağı lap körpəlikdən yaranmışdır. Onun atası Tərlan memar-konstruktor, şəhərsalan, əmisi Cavid memar-rəssamdır.
Mina 2010-cu ildə 96 saylı məktəbin II sinfinə daxil olub, hazırda da həmin məktəbin V sinfində təhsil alır.
Əlaçıdır, bütün fənləri eyni dərəcədə sevir.
Mina "Əlvida bağça" tədbirində şeir deyib, rəqs eliyib, mahnı söyləmişdir. Məktəbdə "Yeni il" şənliyində Qar qız rolunda çıxış edib. Məktəbdə keçirilən bütün bayram və mərasimlərdə divar qəzetini tərtib etmişdir. Mina üçün ən uğurlu gün məktəbə getdiyi ilk gündür. O, əl işləri sərgisində fəal iştirak etdiyinə görə oxuduğu sinfə diplom qazandırmışdır.
Mina həyatda qazandığı uğur və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
O, fəaliyyəti ilə bağlı dizayn proqramlarını mümkün qədər mükəmməl öyrənməyi, mebel və avadanlıqlar haqqında daha çox biliklər əldə etməyi hədəfləmişdir.
Gələcəkdə memar-dizayner olmaq və bu sənətin sirlərini daha dərindən öyrənmək istəyir.
Asudə vaxtlarında ailə üzvləri ilə vaxt keçirməyi, maraqlı oyunlar oynamağı, şəkil çəkməyi, mütaliə etməyi kompyüterdə modellər yığmağı xoşlayır. Rəsmlər çəkir, plastilin, kağız və təbii materiallardan əl işləri düzəldir. O, orta məktəbi əla qiymətlərlə bitirib elm sahəsində yüksək nailiyyətlər qazanmağı, ali məktəbə daxil olub seçdiyin sənətin peşəkarı olmağı planlaşdırır.
Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün ilk növbədə Vətəninə bağlı vətəndaş olmaq, ölkədə gedən quruculuq işlərində iştirak etmək, işgal altında olan torpaqlarının azad edilməsi yolunda addımlar atmalıdır.

Arzusu, məqsədi böyük olan Minaya biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий