İsrafilova Fatimə Seymur qızı 27 may 2002-ci ildə Bakı
şəhərində anadan olub. Fatimə çox dəcəl uşaq olub. Hamıdan fərqlənib. Onun xoşladığı
məşğuliyyət şəkilli kitab üzrə nağıl danışmaq, cizgi filmlərinə baxmaq sonra
tamaşa səhnəciyində oynamaq olub.
Üç yaşlarında olarkən mahnılar oxumağa başlayıb. Onu
dinləyənlər deyirmiş ki, bu uşaq musiqiçi olacaq. Yaşına görə mahnıları çox gözəl,
sərbəst ifa edirmiş. Müğənni Röya Ayxanın pərəstişkarı olduğu üçün oxumağa
maraq yaranıb.
Hazırda sağlamlıq imkanı məhdud olan uşaqlar üçün 5
saylı Respublika orta internat məktəbində oxuyur. Dərslərimi əla oxuyan Fatimənin
ən sevimli fənnləri Azərbaycan tarixi, riyaziyyat, ingilis dili və Azərbaycan
dilidir.
Məktəbdə Filarmoniyada keçirilən bir çox tədbirlərdə
xor qrupunda uğurla iştirak edib.
Məktəbin Novruz şənliklərində, Yeni il şənliklərində səhnəciklərdə
müxtəlif rollarda oynayıb.
Fatimə həyatındakı ən yaddaqalan hadisə kimi bacısının
dünyaya gəlməsini qeyd edir.
Əldə etdiyim uğurlara görə özünü öncə Allahına, sonra
valideynlərinə borclu hesab edir.
Fəaliyyətindən dolayı o, öz musiqi müəllimi Sevinc
Quliyevaya bənzəmək istəyir. Fatimənin kamança təhsilində həmin müəllimin böyük
zəhməti var.
Konservatoriyanı bitirib, kamança müəllimi olmaq
arzusundadı. V sinifdən etibarən bu qərarı dəqiqləşdirib. Asudə vaxtlarında
özünün xoşuna gələn əsərləri kamançada çalmağı çox sevir.Gələcəkdə kamança müəllimi
olub, gələcək nəsillərə təhsil vermək, müəlliminin ona öyrətdiklərini o da öz tələbələrinə
öyrətmək arzusundadı.
Bundan əlavə o, gələcəkdə sahibsiz uşaqlara sahib
çıxmaq, onlara qayğı göstərmək arzusundadı. Tarixin yaddaşında xeyriyyəçi kimi
iz salmaq hər kəsin arzusu olmalıdı.
2013-cü ildə əllilərin VI ümumrespublika bəddi
yaradıcılıq baxış müsabiqəsində təşəkkürnamə ilə təltif olunub. Uğurların daha
çox olsun Fatimə! “Əl tutmaq Əlidən qalıb.” şüarını özünə həyat devizi seçdiyin
üçün Allah səni arzularına çatdırsın!
Комментариев нет:
Отправить комментарий