Cabbarov Yusif Lətif oğlu 2006-cı il dekabrın 5-də
Bakı şəhərində dünyaya gəlib. Körpəlikdə dəcəl və ağlağan uşaq olub. Orta məktəbə
getməzdən əvvəl Yusif yazıb-oxumağı bacarırdı, bunu ona müəllimi öyrətmişdi.
Yusifin lap körpəlikdən idmana böyük həvəsi olub. 5
yaşında olarkən bu marağı onda atası yaradıb. I sinfə 136 saylı orta məktəbdə
gedən Yusif, II sinifdən yarışlarda iştirak edib.
Hər bir uşaq kimi onun da həyatında yaddaqalan,
maraqlı günlər olub. Ən xoş günləri doğum gününün qeyd olunduğu günlərdir. 20
Yanvar faciəsinə həsr olunmuş 16 saylı Uşaq, Gənclər, İdman Məktəbinin
keçirdiyi yunan-roma güləşi üzrə yeniyetmələr arasındakı açıq birincilikdə 20
kq çəki dərəcəsində II yerə layiq görülüb. Bütün bu uğurları qazanmaqda müəllimi
Fərid Mansurov əlindən gələn köməyi əsirgəməyib. Yusiflə çox ciddi şəkildə məşğul
olub və onun parlaq gələcəyi üçün hər şey etməyə hazır olduğunu bildirib.
Ən böyük arzusu valideynlərinin və müəllimlərinin
etimadını doğruldaraq əsl insan kimi yetişməkdir. Dərslərini yaxşı oxuyub, uca
zirvələr fəth etmək istəyir. Gələcəkdə respublika səviyyəli tədbirlərdə iştirak
etmək və ən sonda ölkəsini dünyada tanıtmaq, dünya şöhrətli idmançı olmaq
arzusundadı.
Yusif gələcəkdə eyni zamanda təyyarəçi də olmaq istəyir.
Böyüyüb əsgər getmək, ana torpağımızı erməni əsirliyindən azad etmək
arzusundadı.
Uğurların bol olsun Yusif!
Комментариев нет:
Отправить комментарий