elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 апреля 2015 г.

Pənahlı Şəbnur


Zaman keçdikcə ətrafımızda gördüyümüz hər şey inkişaf edir, müasirləşir. İllər, aylar su kimi keçib gedir. Biz yaşlanırıq yeni nəsil isə böyüyür. Yaranmış yeni nəsil də yaşadığı dövrə və mühitə müəyyən dərəcədə öz töhfələrini verir. Fikrimcə hər kəs müəyyən bacarıqlarla dünyaya gəlir. Bu bacarıqları tapıb, inkişaf etdirmək isə insanın özündən asılıdır. Gənc nəslin yaradıcı nümayəndələrindən biridə Pənahlı Şəbnurdur.
Şəbnur 12 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ondan adının mənasını və kimin, nə üçün məhz bu adı seçdiklərini soruşduqda belə dedi : " - Adım çox nadir adlardan biridir. Bu günədək tanıdığım heç kəsdə bu adı eşitməmişəm. Ərəb-fars mənşəli adlardandır. Mənası gecənin nuru, işığıdır. Bu adı mənə bibim - şairə Zəkiyyə Elruh qoyub. O, çox gözəl şeirlərin, poemaların müəllifidir. Eyni zamanda şeir kitabları da dərc edilib. Adımda məhz bu kitablardan birinin - 1996-cı ildə nəşr olunmuş "Vətəndən ayrılan ölüncə ağlar" kitabının içərisinə daxil olan "Şəbnur" poemasının baş qəhrəmanının adı olub. Bibim əsərinin qəhrəmanının yaşamasını isdəyirdi. Bunun nəticəsində ailənin ən kiçiyi olan atama əgər qızın olsa adını Şəbnur qoyarsan deyir və nəhayət 1997-ci ildə mən dünyaya gözlərimi açanda istəyi həyata keçir."
Şəbnurun uşaqlıqdan bəri şeirə böyük marağı olub. Valideynlərinin dediklərinə görə hələ yazıb-oxumağı bilmədiyi vaxtlarda mənalı misralar deyər, anası bu misraları böyük həvəslə qələmə alarmış. 5 yaşı olanda o artıq yazıb oxumağı bacarır, əlifbanı əzbər bilirmiş. Hətta toplama-çıxma əməlini də məktəbə getmədən öncə öyrənmiş, vurma cədvəlini mükəmməl bilirmiş.
Uşaqlıqdan bəri Şəbnur yeni məlumatlar öyrənməyi çox sevir. Anası da ona hər gün yeni şeylər öyrədir, müxtəlif sahələr üzrə məşğul olurmuş. Şəbnurun anası çox savadlı və bacarıqlı qadın oldugundan, o həmişə anasına oxşamağı istəyib, onun kimi şəkillər çəkməyi arzulayıb.
Şəbnur 2003-cü ildə Suraxanı rayonu Ə. A. Eyvazov adına 275 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. O sinif rəhbərləri Xatirə xanım və Qənirə müəllimə çox şey borclu olduğunu bildirir. 2014-cü ildə Şəbnur məktəbi bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin sənətşünaslıq ixtisasına qəbul olmuşdur.
Hələ ibtidai sinifdə oxuyarkən onun rəqsə marağı yaranıb. III sinifdə isə 36 saylı Uşaq Musiqi Məktəbinin fortepiano ixtisasına daxil olub. 5 illik musiqi təhsili müddətində ona dayaq olan bütün müəllimələrinə təşəkkürünü bildirir, oranı müvəffəqiyyətlə bitirdiyinə çox sevinir. Bunlarla yanaşı o hələ də rəsm çəkməyə, şeir yazmağa davam edirdi. Məktəbdə Şəbnura rəsm dərsini keçən Zeynəb müəllim də ona anası kimi dəstək olur, çəkdiyi şəkilləri böyük maraqla qarşılayır, daha çox çalışmağını isdəyirdi. Rənglər, fırçalar, qələm, musiqi bir sözlə incəsənət onun bütün həyatı idi. Şəbnurun dediyi kimi hər bir insan həyata müəyyən bacarıqlarla gəlir, lakin onları tapmaq və inkişaf etdirmək insanın özündən asılıdır.
Şəbnur da bu dünyaya incəsənətə olan böyük məhəbbətlə göz açmışdı. Bu sevgi bir tərəfdən onun qanında, canında idi, digər tərəfdən isə anasının çəkdiyi şəkillər, atasının pianoda ifa etdiyi gözəl mahnılar, bibisinin yazdığı şeirlərdən idi. Nəhayət incəsənət sevgisi onu mehriban və dəyərli universitetinə yönəltdi. O həqiqətən oxuduğu universiteti, müəllimlərini və ixtisasını çox sevir. Şəbnurun ən çox sevdiyi fənnlər Azərbaycan dili və ədəbiyyat fənnləridir. Bu sevginin yaranmasına isə ən böyük səbəb Hicran xanımdır. Şəbnur müəlliminin ana qayğısını, sevgisini heç vaxt unutmayacağını bildirir. Məktəbdə oxuyarkən Şəbnurun çəkdiyi rəsmlər məktəbdə, eyni zamanda bir sıra ictimai yerlərdə tərtib olunmuş sərgilərdə nümayiş etdirilirdi. Tədbirlərdə müxtəlif şeirlər səsləndirərdi. O məktəb direktoru Elmira İsmayılova tərəfindən rəsmlərinə görə fəxri fərmanla təltif olunmuşdur.
Şəbnur universitetdə də dərslərinə yaxşı çalışır, müəllimlərinin sevimlisinə çevrilib. Bir müddət əvvəl universitetdə keçirilən "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı fakültələrarası bilik yarışmasında 5 nəfər qrup yoldaşı və Şəbnur III yeri qazanmış, medalla təltif olunmuşdur.
Həyatının ən maraqlı illəri məktəb illərinə təsadüf edir. O sinif yoldaşları ilə keçirtdiyi günləri, xüsusilə son zəng gününü heç vaxt unutmayacağını bildirir. Şəbnur xoşbəxtliyi öncə sağlamlıqda, sonra ailəsinin və dəyər verdiyi insanların həmişə yanında olmasında, sevgidə və təbii ki də incəsənətdə görür.
Asudə vaxtlarında kitab oxumağı, şeir yazmağı, şəkil çəkməyi, bir sözlə incəsənətlə məşğul olmağı çox sevir. Onun hələ I sinifdə oxuyarkən qələmə aldığı "Yağış" adlı şeiri 2006-cı ildə "Kredo" qəzetində çap olunmuşdur. Kiçik yaşlarından anasının qeyd etdiyi misraları saymasaq ilk şeiri "Ay işığında" şeiri olub.

"Gördüyünüz hər təsviri çəkə bilərsinizmi?" deyə soruşduqda, o cavab verdi : "Mən hisslərimin rəssamıyam. Gördüklərimin yox!"

Комментариев нет:

Отправить комментарий