Səmədli Soltan Bayram oğlu 21 mart 1996-cı il Bakı şəhəridə
anadan olub. Soltan körpəlikdən çox dəcəl və həddindən artıq hər şeyə maraq
göstərən uşaq olub. Uşaq vaxtlarından bəzi meyxanaçıların rəvayətlərini,
meyxanalarını əzbərləyib deyər, musiqiyə həddindən artıq maraq göstərərdi. Məktəbə
gedənə qədər o yazıb oxumağı tamamilə öyrənmişdi, bu işdə ona anası kömək
etmişdi. Hələ kiçik yaşlarında evdə babasının gözəl səsi olması və el şənliklərində,
toylarda oxuması barədə gedən söhbətlər onda bu sahəyə maraq oyatmışdı.Artıq
orta məktəbə başlayan vaxtlarda həm qonşusu, həm də kirvəsi olan tar ixtisası
üzrə müəllim işləyən Əsab Əliyevin tarda mükəmməl ifa etdiyi mahnı və muğamlara
heyranlıqla
qulaq asması onun bu sahəyə olan marağını açıq-aşkar
üzə çıxartmışdı.
Elə bundan sonra onun öz istəyi ilə 2007-ci ildən Gözdən
əlil uşaqlar üçün 38 saylı 11 illik Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə I
sinfinə qəbul olub.
2004-cü ildə fiziki imkanları məhdud olan uşaqlar üçün
5 saylı Respublika Orta İnternat məktəbinə daxil olub. Hazırda həmin məktəbin
XII sinfində oxuyur.
Dərslərini yaxşi oxuyur, ən sevdiyi fənlər tarix ,
riyaziyyat və azərbaycan dilidir. Demək olar ki, musiqi ilə bağlı mədəniyyət
idarəsi , tabeçiliyində olan məktəblər və bir sıra digər nazirliklər və təşkilatların
keçirdiyi əksər tədbirlərdə , müsabiqə və festivallarda yaxından iştirak edib.
Yəni tarda uğurla çıxış edib.
Bundan əlavə bir neçə musiqi məktəbində solo konsertlər
də verib.
Həyatıda ən
maraqlı uğurlu gün və hadisə 23 aprel 2007-ci ildə ilk dəfə Azərbaycandan kənarda
Türkiyə Respublikasında keçirilən 23 aprel uşaqlara həsr olunan beynalxalq
festivalda iştirak etdiyi gündür. Əldə etdiyi uğurlara görə özünü müəllimlərinə
və valideyinlərinə borclu hesab edir. Fəaliyyətiylə bağlı bacardığı və Allahın
ona nəsib edəcəyi yerə qədər yüksəlməyi hədəfləyir. Tar ixtisası üzrə qazandığı
bir sıra uğurlara görə gələcəkdə də bu sahədə fəaliyyətini davam etdirmək istəyir.
Asudə vaxtlarında həvəskar fotoqraflıq və şahmat oynamaqla məşqul olur.
Məktəbi bitirdikdən sonra öz ixtisası üzrə Azərbaycan
Respublikası Milli Konservatoriyasına qəbul olmaq və oranı bitirdiktən sonra
daha da böyuk nailiyyətlər əldə etmək arzusundadır. Soltanın istedadıyla bağlı
KİV - də , televiziyada dəfələrlə məlumat verilib. Bunlara misal olaraq “Bizim
lider.” qəzetinin 6 mart 2009-cu il № - 03 buraxılışında “Təcrübəli pedaqoq”
adlı məqaləsində , “Mədəniyyət” qazetinin 18.04.2012-ci il buraxılışında “Musiqili
məkanın işığında” adlı məqalədə məktəbin direktoru, onun ilk müəllimi Əsab
Əliyev Soltan haqqında öz fikirlərini söyləyib. Bundan başqa “Respublika” qəzetinin
3 mart 2013-cü il buraxılışındaki “Böyük arzulu balaca tarzan” və “Azərbaycan
müəllimi” qəzetinin 24 yanvar 2015- i il buraxılışındaki “Bir neçə sahədə uğur
qazanan qran-pri mükafatçısı” adlı məqalələrdə də onun haqqında geniş məlumat
verilib.
Bundan başqa Gənclər və İdman Nazirliyinin sifarişi və
maliyyə dəstəyi ilə “Gənclərin tənhalara dayaq” İctimai Birliyi tərəfindən
2014-cü ilin sonlarında hazırlanıb və nəşr olunmuş “Bizim dünyamız” foto kitab
toplusunda da onun haqqında məlumat verilib. Dəfələrlə müxtəlif televiziya
kanallarında müxtəlif verilişlərə dəvət olunub və çıxışlar edib.
tebrikler
ОтветитьУдалитьtebrikler
ОтветитьУдалитьUgurlar
ОтветитьУдалитьUgurlar
ОтветитьУдалитьUgurlar
ОтветитьУдалить