Azərbaycan istedadlar diyarıdır. Belə istedadlarımızdan
biri də Aidə İlham qızı Cümşüdlüdür. Aidə 29 mart 2007-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Valideynləri deyir ki, Aidə körpəlikdə çox sakit uşaq olub, ona zərər
verəcək hər bir şeydən daim uzaq durub. Xasiyyətcə mehriban olan Aidə sevimli
oyuncaqları ilə oynamağı, konstruktordan müxtəlif fiqurlar düzəltməyi çox sevirdi.
Aidə 4 yaşında bacısı ilə 177 saylı uşaq bağçasına
gedib, elə ilk yazı vərdişlərinə də burada başlayıb. Tərbiyəçilər Elvira və
Sevinc xanımlaarın köməyilə kiril qrafikasını öyrənib. Bağçada keçirilən
bayramlarda həmişə şeirlər söyləyib, tamaşalarda iştirak edib.
Hazırda Aidə Bakı şəhərindəki 276 saylı orta məktəbin II
sinif şagirdidir.
Məktəbdə Elza xanımın köməyilə latın qrafikalı Azərbaycan
əlifbasını öyrənib. Aidə dərslərini çox yaxşı oxuyur, bütün fənləri eyni dərəcədə
sevir.
Şəkil çəkməyə meylli olduğundan Aidə 5 yaşından bacısı
Ayşə ilə Uşaq Rəsm Qalereyasına gedib. Gələcəkdə də rəsmlə məşğul olmaq istəyən
Aidəyə rəsmə marağı nənəsi yaradıb. I sinifdən isə şahmata gedib.
2014-cü ilin mart ayında oxuduğu musiqi məktəbində
keçirilən Novruz konsertində fortepianoda əsərlər ifa edib. Aidə uğur və
nailiyyətlərinə görə valideynlərinə borclu olduğunu düşünür.
O, asudə vaxtlarında cizgi filmlərinə baxmağı, şəkil çəkməyi,
kitablar oxumağı, velosiped sürməyi, yaşıdları ilə müxtəlif oyunlar oynamağı
çox sevir.
Aidə hazırda orta təhsil almaqla bərabər Şaroyev adına
37 saylı Uşaq Musiqi Məktəbində
fortepiano ilə məşğul olur.
Aidənin arzusu orta məktəbi əla qiymətlərlə bitirib, ali
məktəbə daxil olmaq, və seçdiyi həkimlik sahəsi üzrə savadlı bir kadr olmaqdır.
Arzusu, məqsədi böyük olan Aidəyə biz də uğur
arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий