Muradzadə Zəhra Əbülfət qızı 2002-ci ilin yanvar
ayının 13-də Bakı şəhərində anadan olub. Zəhra uşaqlıqda ağıllı, sakit uşaq
olub, şəkilli kitablara baxmağa rəngləməyi xoşlayıb. 3 yaşında rəngli qələmlər
götürüb rəsmlər çəkib.
Məktəbə gedənə qədər hərflərin çoxunu tanıyırdı, çünki
onun 3 bacısı, 2 qardaşı tibb sahəsində təhsil almışdılar. Zəhranı da onlar öyrədirdilər.
4 yaşından Zəhranın təsviri incəsənətə xüsusi marağı olub.
Hazırda Zəhra Buzovna qəsəbəsində 26 saylı tam orta məktəbin
VII sinfində təhsil alır. 4 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin
IV sinfində oxuyur.
Dərslərini əla oxuyur. Ədəbiyyat, tarix, incəsənət fənnlərini
çox sevir. Sərgilərdə onun çəkdiyi rəsmlər çox maraqla qarşılanır.
Azərbaycanda və başqa ölkələrdə müxtəlif tədbirlərdə
iştirak edib. Eyni zamanda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə
təşkil olunmuş sərgidə iştirak edib. Gül bayramındakı sərgidə Zəhranın
hazırladığı əl işləri də sərgilənib.
Uğurlarına görə valideynlərinə minnətdaram olan Zəhra,
gələcəyin dahi şəxsiyyətlərindən olmaq istəyir.
Valideynləriylə birgə xarici ölkələri gəzməyə gedir və
orada gördüyü qeyri-adi şeyləri rəsmə köçürməyə çalışır. Səttar Bəhlulzadə kimi
gözəl rəssam olmaq istəyir.
Rəsm çəkməklə yanaşı, həm toxuyur, həm də muncuqlarla
işləmələr işləyir.
Tarixin yaddaşında rəssam-modelyer kimi qalmaq istəyir.
Uğurlar sənə balaca rəssam!
Комментариев нет:
Отправить комментарий