Samirə Fuad qızı Məmmədzadə 17 noyabr 1996-cı ildə
Bakı şəhərində anadan olmuşdur. Ailədə hamının sevimlisi olan Samirəyə bu adı nənəsi
seçmişdir. Nənəsinin bu adı niyə seçməsi hələ də onu maraqlandıran
suallardandır.
Hələ məktəbə qədər dövrdə idmanın müxtəlif növləri, xüsusilə
həndbol, futbol onun marağına səbəb olmuşdur. Balaca yaşlarından rəsm çəkməyi də
sevmişdir. Artiq o məktəbə qədər dövrdə yazıb-oxumağı bilirdi. Onun bu
hazırlığında "Qərənfil" uşaq bağçasının rolu böyük olub.
2003-cü cü ildə Elşad Həmidov adına 267 saylı tam orta
məktəbin I sinfinə daxil olmuşdur. 2014-cü ildə məktəbi bitirmişdir. Məktəb illərində
tədris fənlərinin hər birinə məsuliyyətlə yanaşmışdır. Ən çox sevdiyi fənlər
idman, Azərbaycan dili, riyaziyyat və biologiya olub. Bu fənnlər içərisində
idmanın yeri xüsusi olub. Öz fəallığı ilə seçilən Samirə IX, X siniflərdə sinif
nümayəndəsi olmuşdur.
Samirəhələ ki, əldə etdiyi nailiyyətləri uğur hesab
etmir. Onun qarşısında bir sıra məqsədlər var. Bunlardan ən birincisi Azərbaycan
Dövlət İdman Akademiyasına daxil omaqdır. İdmanı həyatının ayrılmaz hissəsi
hesab edən futbolçu qızımız fəaliyyətini "Vətən" futbol qrupunda məşqçi
kimi davam etdirmək istəyir.
Samirə həyatda heç kimə bənzəmək istəmir. O öz işində
yeniliyi məhz özü gətirmək istəyir. Gələcəkdə qadın futbolunun inkişafında xidməti
olan məşqçilərdən biri olmaq arzusundadır.
Xoşbəxtliyi ən çox sevdikləri ilə bir yerdə olmağda
görən Samirə asudə vaxtlarını ailəsi ilə keçirməyi və gəzintiyə çıxmağı çox
sevir.
Onun fəaliyyəti ilə bağlı KİV-də, televiziyada müxtəlif
vaxtlarda məlumat verilib. Samirə haqqında həmçinin televiziyada fudbol
oyunlarında, AFFA-nın saytında məlumatlar verilmişdir.
İnşaallah həyatda hər zaman onun üçün xeyirli olacaq dərəcələrə çatar
ОтветитьУдалить