Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlardan biri də Fateh Sevdiyar oğlu Nadirlidir. O, 11 sentyabr 2001-ci ildə Bakı şəhərində doğulmuşdur. 3 yaşından 4 saylı uşaq bağçasına getmişdir. Məktəbə getməmişdən öncə anasının və bacılarının köməyi ilə yazıb oxumağı öyrənmişdir. Hazırda 291 saylı Araz Ekoloji liseyində təhsil alır.
Valideynlərinin dediyinə görə Fateh körpəlikdə sakit,
ağıllı, diqqətli, mehriban uşaq olub. İdmana marağı uşaqlıqdan formalaşmışdır. Həmin vaxtlardan
idman haqqında maraqlı məlumatlar öyrənməyə başlamışdır. Fateh ümumiyyətlə hərtərəfli
uşaq olub. Kiçik yaşda olmasına baxmayaraq televizorda və qəzetdə olan bütün xəbərləri
izləyirdi.Məlumatlı olmağı çox xoşlayır.Fatehin maraqlı kitablar oxumağa böyük
həvəsi var idi.Anasi deyir ki, hara gedirdiksə həmişə ona maraqlı kitablar
alırdıq. Futbola olan marağı onda bir çox ölkələri tanımaq hətta onların
paytaxtlarını və bayraqlarını öyrənməyə həvəs oyatmışdı. Futbola olan həvəsi
onda atası yaratmışdır.
Fateh futboldan başqa basketbola da böyük maraq göstərir.
Artıq 5 ildir ki, basketbolla məşğul olur. Azərbaycanın “Qarabağ”
klubunun, Türkiyənin ən məşhur klubu olan “Galatasaray”ın, İspaniyadan “Barselona”nın
fanatıdır. Hətta Fatehin 2011-ci il Azərbaycan-Türkiyə qarşılaşmasında Türkiyə
yığmasından olan Hamit Altıntop qardaşları ilə çox xoş və səmimi görüşü
olmuşdur və bu görüşdən xatirə olaraq Hamit Altıntop öz formasını Fatehə
bağışladı.
Fateh musiqiyə
də həvəs göstərmişdir. Bir müddət gitara dərslərinə də gedib.
Bütün bunlarla yanaşı Fatehin coğrafiya, ingilis dili
və tarix fənnlərinə də böyük marağı var. Dərslərdə fəal iştirakına görə əla
qiymətlər alır. Mehribançılığına, tərbiyəsinə görə həmişə müəllimləri və sinif
yoldaşları arasında sevilir.
Fateh məktəbin ictimai işlərində də çox fəal iştirak edir.
O, 2013-cü ildə İngiltərənin Bristol şəhərindəki yay məktəbində
olmuşdur. Orda dil öyrənməklə yanaşı, başqa ölkələrdən gələn uşaqlarla da tanış
olmuşdur. Dərsdən sonra həmin uşaqlarla futbol da oynayırmış.Fateh həmin məktəbdən
sertifikat aldığı günü həyatının ən uğurlu günü hesab edir.
Gələcəkdə biznesmen olmaq arzusundadır. O deyir ki, elə
bir biznesmen olmaq istəyirəm ki, öz işimlə millətimə azacıq da olsa faydam
olsun.
Asudə vaxtlarında televizorda idman proqramlarına
baxmağı və kitab oxumağı xoşlayır.
Əldə etdiyi bütün uğurlara görə valideynlərinə borclu
olduğunu söyləyir. Fəaliyyətindən dolayı
atasına oxşamaq istəyir. Onu da qeyd edək ki, Fatehin yüksək intellektə yiyələnməsində
atasının rolu əvəzedilməzdir.
Arzuları, məqsədləri böyük olan Fatehə biz də uğurlar
arzu edirik. İnanırıq ki, tarixi adı kimi böyük zirvələri fəth edecək.
Комментариев нет:
Отправить комментарий