elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 апреля 2015 г.

Cabbarov Mövsümağa Lətif oğlu

Cabbarov Mövsümağa Lətif oğlu 2004-cü il dekabrın 7-də Bakı şəhərində dünyaya gəlib. Körpəlikdə dəcəl və dalaşqan uşaq olub. Orta məktəbə getməzdən əvvəl Mövsümağa yazıb-oxumağı bacarırdı, bunu ona müəllimi öyrətmişdi. Mövsümağa lap körpəlikdən idmana böyük həvəsi olub, bu marağı onda atası yaradıb. I sinfə 136 saylı orta məktəbdə gedən Mövsümağa, elə I sinifdən yarışlarda iştirak edib.
Gözəl rəsmlər çəkməyi və film izləməyi çox sevir.
Hər bir uşaq kimi onun da həyatında yaddaqalan, maraqlı günlər olub. Ən xoş günləri Yeni il gecəsi açılan atəşfəşamlıq olub. Müxtəlif yarışlarda iştirak edib və müxtəlif yerlərə layiq görülüb. Bütün bu uğurları qazanmaqda ona müəllimi Fərid Mansurov əlindən gələn köməyi əsirgəməyib. Mövsümağayla çox ciddi şəkildə məşğul olub və onun parlaq gələcəyi üçün hər şey etməyə hazır olduğunu bildirib.
Ən böyük arzusu valideynlərinin və müəllimlərinin etimadını doğruldaraq əsl insan kimi yetişməkdir. Dərslərini yaxşı oxuyub, uca zirvələr fəth etmək istəyir. Gələcəkdə respublika səviyyəli tədbirlərdə iştirak etmək və ən sonda ölkəsini dünyada tanıtmaq, dünya şöhrətli idmançı olmaq arzusundadı.
Mövsümağa gələcəkdə polis olmaq istəyir. O, dərslərini də yaxşı oxuyur. Böyüyüb əsgər getmək, torpağımız üçün döyüşmək arzusundadı.

Uğurlar sənə!

Комментариев нет:

Отправить комментарий