elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 апреля 2015 г.

Anar Səbuhi oğlu Rzayev

Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də Anar Səbuhi oğlu Rzayevdir. Anar 24 noyabrda Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Anar körpəlikdə sakit və gülərüz uşaq olub. Ən çox sevdiyi məşğuliyyət konstruktor ilə oynamaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı anası tərəfindən öyrənib. İstedadı ilə bağlı maraq onda beş yaşında yaranıb. Anar 132-134 saylı məktəbin birinci sinfinə daxil olub,  hazırda da həmin məktəbin 7-ci sinfində təhsil alır. Dərslərini çox yaxşı oxuyur, ən sevdiyi fənlər riyaziyyat, fizika və tarixdir. İNEP; İDEA kimi beynəlxalq tədbirlərdə, olimpiadalarda, məktəb bayramlarında fəal iştirak etmişdir. Anar İNEPO-da  qızıl medal və riyaziyyat olimpiadasına bürünc medal aldığı günü ən uğurlu gün hesab edir. Anar diplomlarla təltif edilib.
Belə ki;
21.02.2013-cü ildə World Talk English(certification)
01.05.2015-ci il İntermediate level
27.11.2013-cü il İDEA
12 .12 .2013-cü  ildə Ciu-Ciutsi Sarı kəmər   
04.04.2014-cü  ildə İNEPO-da 1-ci yer
25.04.2014-cü  ildə riyaziyyat olimpiadasında 2-ci yeri tutmuşdur.
Anar əldə etdiyi uğur və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu düşünür. O, Bill Geytsə və Albert Eynşteynə oxşamaq istəyir.
Anar gələcəkdə Oxford, Boston, Cambridge  kimi  tanınmış universitetlərdə təhsil almaq istəyir. Gələcəkdə Yüksək Texnologiyalar üzrə mütəxəssis olmaq fikrindədir. O, Texnologiyaya həvəsi olduğundan bu qərara gəlib.
Asudə vaxtlarında gitara çalır, bədii kitabları, elmlə bağlı maraqlı faktları oxuyur və pop musiqi dinləyir.
Anar bədii yaradıcıqla bağlı məktəbdə bir sıra tamaşalarda iştirak edir, incəsənətin gitara sahəsi ilə məşğul olur. İspan motivlərinə daha çox üstünlük verir.
Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün dünya səviyyəli bir ixtira kəşf etmək və Nobel laureatını qazanmaq lazımdır.
Anarın istedadı ilə bağlı internetdə və televiziyada məlumat verilib. İnternetdə  socar.az 132-134.com  və sabail-ih.gov.az saytlarında onun nailiyyətləri haqqında məqalə verilib. Televiziyada isə 04.04.2014-cü və 22.11.2014-cü il tarixində ANS, İctimai, Lider və Space kanallarında və xəbərlərdə məlumat verilmişdir.

Arzuları böyük olan Anara biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий