elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 апреля 2015 г.

Ayşə İlham qızı Cümşüdlü

Azərbaycanın istedadlı gənclərindən biri də Ayşə İlham qızı Cümşüdlüdür. Ayşə 4 fevral 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Ayşə körpəlikdə bir qədər dəcəl, hər bir şeylə maraqlanan olsa da, deyilən sözə qulaq asan, utancaq uşaq olub. Uşaqlıqdan kitab oxumağa maraq göstərir, plastilindən və kağızdan müxtəlif fiqurlar düzəltməyi, şəkil çəkməyi, konstruktorla oynamağı çox sevirdi. İki yaşından 177 saylı uşaq bağçasına gedən Ayşə orada da daim ağıllı, sözə baxan olub. Keçirilən bayramlarda həmişə şeirlər söyləyib, tamaşa və rəqslərdə iştirak edib.
İlk yazı vərdişlərinə bağçada başlayıb. Elvira və Sevinc müəllimlərin köməyilə kiril qrafikası ilə yazmağı və oxumağı öyrənib. Ayşə hazırda Binəqədi rayonu 276 saylı orta məktəbin II sinif şagirdidir.
Məktəbdə Elza xanımın köməyi ilə latın qrafikalı Azərbaycan əlifbasını öyrənib. Dərslərini çox yaxşı oxuyur, bütün fənləri eyni dərəcədə sevir. Şəkil çəkməyə marağı olan Ayşə bacısı Aidə ilə Uşaq Rəsm Qaleriyasına gedib, rəsmə marağı onlarda nənəsi yaradıb. Uşaqlıqdan cizgi filmlərində olan müxtəlif mahnıları oxumağı çox sevir, musiqiyə həvəsi elə buradan yaranıb. Ayşə 2014-cü ilin martda Şaroyev adına 37 saylı Uşaq Musiqi Məktəbinin konsertində iştirak etmişdir.
Ayşə uğurlarına və nailiyyətlərinə görə valideynlərinə borclu olduğunu düşünür.
Asudə vaxtlarında o, cizgi filmlərinə baxır, şəkil çəkir, gəlinciklər tikir, kitablar oxuyur və kiçik qardaşına dərslərində kömək edir.
Ayşə 6 yaşından rəsmlə məşğul olub, I sinifdə oxuyarkən şahmata gedib. Hazırda Şaroyev adına 37 saylı adına Musiqi Məktəbində də oxuyur.
Orada o, skripka ilə məşğul olur. Ayşənin arzusu gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq və seçdiyi həkimlik sahəsi üzrə savadlı bir kadr olmaqdır.
Arzusu, məqsədi böyük olan Ayşəyə biz də uğur arzu edir, dərslərin də müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий