elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 апреля 2015 г.

İranə Gündüz qızı Hüseynzadə

 
Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də İranə Gündüz qızı Hüseynzadədir. İranə 2002-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, İranə körpəlikdə hamıdan fərqlənmişdir. Onun ağıllı cavabları, yaşıdları arasında öz fikirlərini aydın söyləməsi hamını təəccübləndirib.
Məktəbə gedənə qədər İranə  hazırlıq kurslarına gedib, kurs müəllimi Ülviyyə xanımın köməyi ilə artıq əlifbanı oxuya bilir, bütün şeirləri əzbər söyləyirdi. Hazırlıqda keçirilən bütün tədbirlərdə iştirak edib. İranə artıq üç yaşına keçəndə kitablara maraq göstərir, kitabın şəkillərinə baxıb maraqlı fikirlər söyləyirdi.Onda kitablara marağı babası oyatmışdı.
İranə Yasamal rayonu A. Ağaverdiyev adına 31 saylı orta məktəbin VI sinfində təhsil alır.
Dərslərini çox yaxşı oxuyur, müəllimlərinin, valideynlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənlər riyaziyyat, ədəbiyyat, biologiya, coğrafiya, tarixdir.
İranə məktəbdə keçirilən Novruz, Yeni il şənliklərində fəal iştirak edir. 2014-cü ildə 22 mayda sinifləri tərəfindən İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan "  əsəri səhnələşdirildi  və İranə bu tamaşada Xurşidbanu Natəvan rolunu ifa etdi.
2015-ci ildə tarix elmləri namizədi Məmmədova Aidənin rəhbərliyi ilə keçirilən "Xocalı Soyqırımı"da İranə şeirlər söylədi. İranə 2015-ci ildə martın 3 də "Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır" loqosu altında keçirilən intellektual yarışda qalib gəlib, diplomla təltif olunmuşdur. Əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
İranənin ən böyük arzusu gələcəkdə həkim olmaqdır. O, Zərifə Əliyevanın həyat və fəaliyyətini öyrəndikdən sonra bu sənətin vurğunu olub.
İranə asudə  vaxtlarında kitab oxumağı çox sevir. İncəsənətin  ən gözəl sahəsi olan rəssamlıq onu həmişə özünə cəlb edib. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün insan həmişə yaxşı işlər görməlidir.
Arzusu, məqsədi böyük olan İranəyə biz də uğurlar arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий