Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan
biri də Leyli Ömər qızı Allahverdiyevadır. Leyli 29 sentyabr 2007-ci ildə
Sumqayıt şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Leyli körpəlikdə çox
sakit və sevimli uşaq olub. Əsasən cizgi filmi izləməyi, rəsm çəkməyi və rəqs
etməyi xoşlayıb. Leyli məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Yazıb-oxumağı
əvvəlcə valideynləri tərəfindən, sonra isə məktəbəqədər xüsusi müəssisədə ətraflı
öyrənib.
Leyli Bakı şəhəri 276 saylı tam orta məktəbin II
sinfində təhsil alır. Dərslərini çox yaxşı oxuyur və bütün fənləri sevir. Ən
sevdiyi fənlər isə Azərbaycan dili, riyaziyyat və ingilis dilidir.
Leyli Binəqədi rayonu kitabxanasında "
Xocalı"ya, " 20 yanvar"a həsr olunmuş tədbirlərdə iştirak etmiş
və şeir söyləmişdir. 9 may "Qələbə günü" tədbirində Böyük Vətən
müharibəsinin iştirakçıları üçün təşkil olunmuş konsert proqramınıda hələ 6
yaşında rəqs nümayiş etdirmişdir.
Leyli 15 avqust 2013-cü ildə azyaşlıların məktəbəqədər
imtahanında uğur qazandığı günü ən uğurlu gün hesab edir.
Əldə etdiyi uğurlarına görə valideynlərinə və Elza müəllimə
borclu olduğunu düşünür. O, ən yüksək zirvəni-elm zirvəsini fəth etmək, bibisi
kimi həkim işləmək istəyir.
Leyli asudə vaxtlarında əlavə tapşırıqlar işləməyi, yaşına
uyğun kitabları oxumağı, rəqs etməyi, yaxınları ilə vaxt keçirməyi və babası ilə
bağda işləməyi çox sevir.
Leylinin gələcək planları çoxdur. Lakin bunlardan ən əsası
ailəsinə və Vətəninə layiqli bir övlad olmaq, Azərbaycanın adını daim uca
tutmaqdır.
Onun fikrincə tarixin yaddaşında qalmaq üçün oxumaq, böyük
və geniş elmi təfəkkürə sahib olmaq, xalqı və vətəni üçün azda olsa nəsə etməlidir.
Arzu, məqsədi böyük olan Leyliyə biz də uğur
arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий