elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 апреля 2015 г.

Aynur Elşad qızı Cəfərova

Aynur uşaq vaxtı çox şıltaq, eyni zamanda mehriban uşaq olub. Şəkil çəkməyi, plastilindən müxtəlif fiqurlar düzəltməyi xoşlayırdı.
Kiçik yaşlarında yazmağı, oxumağı bilməsə də, hərfləri şifahi olaraq tanıyırdı. O uşaq bağçasında keçirilən tədbirlərdə həmişə fəal iştirak edirdi, şeirlər deyir, rəqslər ifa edirdi.
Aynur Elşad qızı Cəfərova 27 mart 2003-cü ildə Bakı şəhərində anadan olub. N. Nərimanov rayonu E.Əliyev adına 93 saylı məktəbdə təhsil alır.
Aynur məsuliyyətli, çox çalışqan şagirddir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri ingilis dili və coğrafiyadır.
Aynur II sinifdə oxuyanda Çingiz Mustafayev adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan xalq artisti Cəmilə Bayramovadan rəqs dərsləri alıb.
Aynur müxtəlif dövlət tədbirlərində çıxış edib. H. Əliyev adına sarayda keçirilən Novruz şənliyində, Rus Dram Teatrında keçirilən tədbirdə iştirak edib.
Aynur üçün sınaq imtahanlarında iştirak edərək yüksək nəticə göstərdiyi gün ən uğurlu günüdür.
Xarici dilə xüsusi maraq göstərir. Bu səbəbdən artıq 3 ildir ki, Sunny English School tədris mərkəzinin tələbəsidir.
Oradakı müəllimlərin həvəslə dərs keçməsi Aynurda ingilis dili müəllimi olmağa maraq oyadıb.
Aynur bütün nəaliyyətlərinə görə valideynlərinə və müəllimlərinə minnətdardır.
Asudə vaxtlarını səmərəli keçirməyi sevir. Gəzintini sevdiyi üçün daha çox teatra, muzeyə gedir, tarixi abidələrimizlə yaxından tanış olur.

Комментариев нет:

Отправить комментарий