Bakirova Aytac Arif qızı 12 avqust 2004-cü ildə Bakı şəhərində
dünyaya göz açıb. Sakit, şirin, sözəbaxan uşaq olan Aytac şəkil çəkməyi, rəqs
etməyi, müxtəlif uşaq filmləri izləməyi sevirdi. Hələ məktəbə getməzdən əvvəl
o, hərflərin hamısını öyrənmişdi və sərbəst şəkildə yazıb-oxuya bilirdi. Anası
Aygün xanım ixtisasca müəllim olduğu üçün Aytacda təhsilə maraq yaranması təbii
hal idi.
Rəsm çəkməyi çox xoşlayırdı. 3 yaşından rəsmlər çəkməyə
başlayan Aytac 7 yaşından 38 saylı Texniki Yaradıcılıq Mərkəzində Rəfiqə Hüseynovanın
rəhbərlik etdiyi dərnəkdə təviri incəsənətlə məşğul olması onun bu sahəyə həvəsini
daha da artırdı. Ən nəhayət Aytac rəssam olmaq arzusuna düşüb.
Aytac Şüvəlan qəsəbəsindəki 156 saylı orta məktəbin IV
sinif şagirdidir. Sinif rəhbəri Səadət Quliyevanın sevgisi, tələbkarlığı sayəsində
dərslərini yaxşı oxuyur və bütün fənnləri sevir.
Yay fəslini cox sevən Aytac tətil zamanı “Cırtdan”
uşaq düşərgəsində dincəlməyi çox sevir. Düşərgədə təşkil olunan bütün tədbirlərdə
fəal iştirak edir.
Rəsm dərnəyindəki bütün tədbirlərin iştirakçısı olan
Aytac, ilk diplomunu 4 oktyabr 2012-ci il tarixində, ikinci diplomunu isə 5
mart 2013-cü ildə “Cırtdan” istirahət düşərgəsində təşkil olunmuş yarışlarda I
yeri qazandığı üçün alıb. Aytac 12 iyul 2012 və 18 fevral 2015-ci il tarixlərdə
fəxri fərmanla da təltif olunub.
Balaca qəhrəmanımız ilk növbədə valideynlərinə, Sabir
babasına hər zaman ona dəstək olduqları üçün minnətdar olduğunu bildirir.
Məşhur rəssam olmaq, Azərbaycanı bütün dünyada
tanıtmaq üçün var qüvvəsini səfərbər edəcəyini deyir. Orta məktəbi bitirdikdən
sonra Rəssamlıq Akademiyasına qəbul olmaq Aytac balamızın ən böyük arzusudur.
Uğurların bol olsun!
Tebrikler!!!!
ОтветитьУдалить