Gülməmmədov Malik Xalid oğlu 2 iyun 2008-ci ildə Bakı
şəhərində anadan olub. Malik körpəlikdən aktiv uşaq olub. Hər şeylə maraqlanıb,
tez dil açıb, tez yeriyib. Ən çox maraqlandığı avtomobillər olub. Malik hələ 3
yaşında demək olar ki, bütün avtomobil markalarını tanıyır, onların dəmir
maketlərindən kolleksiya yığırdı. Onun bir başqa marağı isə pazzldır. Əvvəl iri
pazzlları, sonra isə kiçikləri tez bir zamanda yığmağı öyrənib. Malik hələ məktəbə
getməmişdən yazıb-oxumağa həvəsi var idi. O həmişə nənəsi ilə birlikdə yazmağı
xoşlayıb. Hətta nənəsinin krossvordlarını cızma-qara etməkdən həzz alırdı. Malik
3 yaşından əla dama və domino oynamağıda öyrənib.
Hazırda Malik 83 saylı məktəb-liseyin I sinfində təhsil
alır. O davranışları və dərslərini yaxşı oxuması ilə bütün müəllimlərinin
sevimlisinə çevrilib. Malik riyaziyyat və ingilis dili fənnlərini sevir. O məktəbdə
təşkil olunmuş tədbirlərdə iştirak edir, müxtəlif şeirlər səsləndirir. Malik gələcəkdə
atasına oxşamağı, onun kimi bacarıqlı olmağı arzulayır. O hər bir işdə birinci
olmağı çox sevir. Gələcəkdə hərbçi olmaq isdəyir, onlar kimi güclü olmağı
arzulayır.
Malik asudə vaxtlarında dama oyunu oynamaqla, şəkil çəkməklə,
kitab oxumaqla məşğul olur. İdman çempionu olmaq da Malikin arzuları
sırasındadır. O deyir: " - Hər dəfə bizim bayrağımızı idmançılarımız yüksəklərə
qaldırıb, himnimizi səsləndirəndə atamın gözləri dolur. İstəyirəm ki məndə ona
bu sevinci yaşadım".
Комментариев нет:
Отправить комментарий