Tükəzban Cavanşir qızı Mövlayeva 1999-cu il aprelin
10-da Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtı çox sakit olub. Balaca
yaşlarından idmanla məşğul olmağa,hörgü hörməyə maraq göstərib. Oxumağı,yazmağı
ona müəlliməsi öyrətmişdir. İlk təhsilini 30 saylı orta məktəbdə alıb. Hazırda
18 saylı Bakı peşə liseyində təhsil alır. Mövlayeva dərslərinə məsuliyyətlə
yanaşır. Bütün fənlərdə müvəffəqiyyət əldə etməyə nail olur. Onun ən sevdiyi fənn
isə mühasibatlıqdır.
Tükəzban tibb bacısı kimi müxtəlif yarışlarda iştirak
etmişdir. Məktəbə girdiyi ilk gün onun həyatında ən maraqlı,ən uğurlu gün
olmuşdur. Gözəl balamız əldə etdiyi bütün uğurlarına görə valideynlərinə və müəllimlərinə
borclu olduğunu düşünür. O, öz fəalliyyətində baş mühasib Məzahir müəllimə
oxşamaq istəyir. Tükəzbanın qarşısında duran əsas məqsəd baş mühasib olmaqdır. Bu
sahəni sevən Mövlayeva özünü başqa sahədə təsəvvür etmir. Uşaqlıqdan hörgüyə
maraq göstərən istedadlı balamız asudə vaxtlarıda da hörgü hörməyi xoşlayır.
Asudə vaxtlarını dəyərləndirməyi bacaran Tükəzban, bu
vaxt ərzində şəkil çəkməyi və çəkdirməyi, qrup yoldaşları ilə gəzməyi, krossvord
həll etməyi çox sevir. O, heyvanları çox sevir. Ən çox sevdiyi heyvan isə
pişikdir. Gələcəyin baş mühasibi kimi özünə karyera qurmağı düşünən Tükəzban vətəni,
xalqı üçün xeyirli bir övlad olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий