Nəzrin xaraktercə sakit, hər şeylə maraqlanan, ətrafdakıların
diqqətini cəlb edən bir uşaq olub. Lap kiçik yaşlarından rəsmlər çəkir və məlahətli
səsi var.
Məktəbə qədər dövrdə Mədinə Hacıyevanın hazırlıq
kursuna getmiş, yazıb-oxumağı mükəmməl bir şəkildə öyrənmişdi.
İstedadıyla bağlı maraq Nəzrində lap erkən yaşda 4
yaşında yaranıb və bu maraq valideynlərindən qaynaqlanır.
Muradlı Nəzrin Faiq qızı 22 iyul 2007-ci ildə Bakı şəhərində
anadan olub. 2013-cü ilin sentyabrında Famil İsgəndərov adına 157 saylı orta məktəbin
I sinfinə getmiş və hazırda II sinif şagirdidir.
Nəzrin çox çalışqan şagirddir. Dərslərini yaxşı oxuyur
və bütün fənlərə yüksək maraqla yanaşır.
Eyni zamanda həm də məktəbin fəallarındandır. Keçirilən
tədbirlərin hamısında iştirak edir: şeir deyir, mahnı oxuyur, səhnəciklərdə
rollar ifa edir.
Məktəbə ilk qədəm qoyduğu gün Nəzrin üçün həyatının ən
maraqlı, unudulmaz və uğurlu günüdür.
Əldə etdiyi uğur və nəaliyyətlərə görə müəlliminə,
valideynlərinə minnətdardır. İdealı olaraq atasını görür, ona oxşamaq istəyir.
Nəzrinin arzuları böyükdür. O Tibb Universitetinə qəbul
olmaq, oranı yüksək nəticələrlə başa vurub tanınmış həkim olmaq, xəstələr şəfa
vermək istəyir. Eyni zamanda həm də elmi işlə məşğul olmaq, tibb elmləri
doktoru, professor olmaq arzusundadır.
Nəzrin həssas qəlbli, sakit təbiətlidir. Asudə
vaxtlarında bədii ədəbiyyat oxuyur, yaxud hisslərini kağıza əks edərək rəsmlər
çəkir.
Biz də Nəzrinə uğurlar arzu edir, bütün
arzularının həyata keçməsini arzu edirik.
Комментариев нет:
Отправить комментарий