Əhmədov Allahverdi Vəli oğlu 21 iyul 1999-cu ildə
Ağdam rayonunun Mərzili kəndində anadan olub. Aktiv, hər şeylə maraqlanan uşaq
olub. Musiqiyə, şeirə böyük maraq göstərib. 4-5 yaşlarında olarkən babası ona
tez-tez şeir, nağıl söylədiyi üçün onun da marağı yaranıb.
Hazırda 5 saylı Gözdən Əlillər üçün İnternat Məktəbində
oxuyur. Ədəbiyyat və tarix fənnlərini çox sevir.
Heydər Əliyev Sarayında və Filarmoniyada səhnələşdirilmiş
“Arşın mal alan” pyesində Süleyman bəy rolunda çıxış edib.
Heydər Əliyev Fondunun dəstəyilə Türkiyədə müsabiqəyə
qatılaraq, təşəkkürnaməylə təltif olunub.
Əldə etdiyi uğurlara görə 2013-cü ildə sertifikat və təşəkkürnamə
alıb.
2015-ci ildə “Təzadlar” qəzetində şeiri çap olunub.
Həmyerlisi Xudu Məmmədovu özünə ideal hesab edən
Allahverdi, həyatda da ona bənzəmək istəyir. Qarmon çalmağı və şahmat oynamağı
çox sevir. Gözəl şeirlər yazıb, mahnılar bəstələmək istəyən Allahverdinin ən
böyük arzusu müəllim olmaqdı. Müəllim olub, gələcək nəsillərə təhsil vermək, müəlliminin
ona öyrətdiklərini o da öz tələbələrinə öyrətmək arzusundadı. Cəmiyyət üçün
yararlı vətəndaş olmaq istəyir. Lider, Space, ATV televiziyalarında müxtəlif
proqramların qonağı olub, öz istedadını yetərincə nümayış etdirib.
Uğurların bol olsun!
Комментариев нет:
Отправить комментарий