İlkin Yadigar oğlu Ağayev 2000-ci il oktyabrın 8-də
Baki şəhərində anadan olmuşdur. 115 saylı məktəbin ən fəal şagirdlərindən biri
olan İlkin hazırda IX sinifdə oxuyur. Uşaqlıqdan sağlam həyat sürmək
arzusundadır. Məhz bunun üçün də 7 yaşindan etibarən müxtəlif idman növləri ilə
məşğul olur. Onun fikrincə idmanla məşğul olmaqda əsas məqsəd mütləq hər hansi
bir uğur qazanmaq olmamalıdır. İnsan ilk növbədə özü üçün sağlam həyat yolu
yaratmalıdır.
İlkinin maariflənməsində 115 saylı məktəbdə keçirilən
tədbirlərin böyük əhəmiyyəti vardır. Məktəb illərini həyatin ən unudulmaz, ən
qiymətli illər hesab edir. Bu illər ərzində məktəb həyatında bir sıra uğurlara
imza atmışdır. 2012-ci ildə məktəblər üzrə keçirilən futbol yarışında öz məktəbini
təmsil etmişdir. Elə həmin ildə Azərbaycan dili fənni üzrə VII siniflər arasında
keçirilən yarışda siniflərini təmsil edən 8 uşaqdan biri olmuşdur. 2013-cü ildə
ingilis dili gecəsində Səməd Vurğunun "Vaqif və Xuraman" əsərində
Vaqif rolunda oynamışdır. Bu istedadli gənc öz rolunu ingilis dilində ifa
etmişdir. 2015-ci ildə "Ana dili" tədbirindən tərifnamə almışdır. İlkinin
uğurları bununla bitmir. İngilis dilini mükəmməl bildiyinə görə demək olar ki məktəbin
əksər tədbirlərində aparıcı kimi çıxış edir. 2015-ci ilin fevral ayında keçirilən
Xocalı faciəsinə həsr olunmuş tədbirdə də aparıcı olmuşdur. Tədbirlərdə fəallığı
ilə yanaşı dərslərinə də məsuliyyətlə yanaşır, etimadı doğrultmaq istəyir. Onun
ən böyük arzularından biri polis olmaqdır. Elə buna görə də hazırda qarşısında
duran birinci məqsəd ali məktəbə daxil olmaqdır.
İlkin dərslərindəki müvəffəqiyyətlərini davam etdirmək,
valideynlərinin, müəllimlərinin onun haqqında arzularını doğrultmaq istəyir.
Комментариев нет:
Отправить комментарий