elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 апреля 2015 г.

Abışov Məhəmməd Maşallah oğlu

Abışov Məhəmməd Maşallah oğlu 11 iyul 2001-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində anadan olub. Körpəlikdə çox ağıllı uşaq olan Məhəmməd oyuncaqlara daha çox maraq göstərirdi. Hələ lap körpəlikdən şeir əzbərləməyi və şeir söyləməyi xoşlayırdı. I sinfə gedənə qədər artıq o, 30-40 şeir əzbər bilirdi. 3-4 yaşlarında olarkən Məhəmməd pianinoda “Cücələrim”, “Sağıcıdır mənim nənəm”, “ Günəş olaram mən də” mahnılarını ifa edirdi. Elə həmin yaşlarında onun musiqiyə olan həvəsi anası tərəfindən daha da gücləndirilib və evdə anasının pianosunu çalmağa başlayıb. Hətta o ayaq barmaqları ilə də pianoda ifa etməyi bacarır.
Təhsilini sağlamlıq imkanı məhdud uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində alır.
Hazırda həmin məktəbin VIII sinif şagirdidir. Bütün fənnləri çox sevir Məhəmməd əlaçı şagirddir.
Məhəmməd müxtəlif tədbirlərdə yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 31 dekabr Ümumdünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı “Buta Palace”də keçirilən tədbirdə iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin - əlillərin V ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində fəal iştirakına görə 2010-cu ildə təşəkkürnaməyə layiq görülüb.
Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Bakı şəhərində “Mən də varam” fərdi qabiliyyət müsabiqəsində I yer diplomu ilə təltif edilib.
Nərimanov rayonunda təşkil edilmiş Heydər Əliyev Fondunun 10 illiyinə həsr olunmuş, İTV-nin canlı yayınladığı tədbirdə fəal iştirak edib.
10 iyun 2014 tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının həyata keçirdiyi “Fəaliyyətdə incəsənət - 2” adlı beynəlxalq layihədə fəal iştirakına görə sertifikatla təltif olunub.
“İstedadlı Əlillər İctimai Birliyi” tərəfindən hazırlanmış “Günəş” layihəsinin final iştirakçısı olub və diplomla dəyərləndirilib.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev - uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə Məhəmmədi diplomla təltif etmişdir.
“Milli musiqi” günü münasibətilə ATV telekanalının “Gündəlik” verilişinə dəvət olunub və gözəl çıxışla hər kəsi heyran edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin “Tənhalara Dayaq İctimai Birliyi”nin hazırladığı “Bizim Dünyamız” foto kitab toplusunda onun tərcümeyi-halı və fotosu yerləşdirilmişdir.
2015-ci ildə “Üzeyir Hacıbəylinin Milli Lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I respublika festivalında iştirakına görə diploma layiq görülüb.
Məhəmməd üçün təkrarsız müəllim olan Ramiz Quliyev onu mükafatla təltif edəndə qeyd edib ki, bu uğurları qazandığına görə ilk növbədə Allahına, sonra valideynlərinə, məktəb rəhbərliyinə, xüsusən də Əsab müəllimə, müəllimlərinə və əzmkarlıqla səni gələcəkdə Aftandil Hacıyev kimi görmək istəyən müəllimin Vüsal Qəhrəmanova minnətdar olmalısan.
Hər bir əsgər general olmaq arzusunda olduğu kimi, Məhəmməd də gələcəkdə qarmonda və bir sıra milli musiqi alətlərində yeni-yeni bəstələr, musiqilər ifa etmək arzusundadı.
Məhəmmədi doğru yola istiqamətləndirən, onun uğurlarına sevinənlərdən ilk müəllimi Şəhla Heydərova və tərbiyəçi Aidə Rzayevanı göstərmək olar.
Gələcəyin gözəl musiqiçisi olacaq Məhəmməd, bunu artıq görmək mümkündü. Onunsa ən böyük arzusu Vətənimiz işğaldan azad olunsun, o rayonlara musiqilər bəstələyib oxusun.

Bir ynadan bağlayan Allah, bir yandan açar demiş atalarımız. Allah səni arzularına çatdırsın Məhəmməd! Uğurlar!

Комментариев нет:

Отправить комментарий