elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 января 2017 г.

Yəhyazadə Röya Vüqar qızı

Öz yaşıdları arasında istedadı, bacarığı, qazandığı nailiyyətləri ilə fərqlənən daha bir yeniyetməmiz Röyadır. Yəhyəzadə Röya Vüqar qızı 14 avqust 2004-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Həyata addımlarını atdığı ilk gündən etibarən hadisələrə diqqətlə, sakit, maraqla yanaşan, mülayim, məqsədyönlü uşaq olub. O, ona oxunan nağılları diqqətlə dinləyib, ikinci təkrara ehtiyac duymadan olduğu kimi insanlara çatdıraraq xarakterində olan xüsusiyyətləri tamlıqla doğruldurdu. Yazmağı, oxumağı bilməsə belə, şeirləri asanlıqla dərk edib, əzbərləmə qabiliyyətinə malik idi. Uşaq yaşlarından müxtəlif dillərə maraq göstərirdi. Gününün çox hissəsini keçirtdiyi nənəsi Kəmalə xanım onun üzərində çalışaraq istedad və maraqlarını aşkara çıxardır və bu yöndə onun inkişaf etməsi üçün müxtəlif üsullardan istifadə edirdi. Röya 4 yaşında olmağına baxmayaraq artıq yazmağı, oxumağı bilir, bundan əlavə riyaziyyat, ingilis dili fənlərini də artıq mənimsəyirdi.
Röya 2010-cu ildə müsabiqə yolu ilə rus bölməsinə daxil olduğu Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Dərslərin ilk günlərindən yeniyetməmizdə olan istedadı görən və onun daha da püxtələşməsində böyük rol oynayan ibtidai sinif müəlliməsi Seyidova Mətanət, şagirdlərin düzgün yöndə inkişafı üçün müxtəlif müsabiqələr keçirdirdi. Bu yarışlarda qalib olan və müxtəlif diplomlarla təltif olunan şagirdlərdən biri də Röya idi. O, həyatının ən uğurlu və yaddaqalan günlərindən birini hər il qaliblər arasında keçirilən yarışlarda qalib gələrək təltif olunmağı kimi təsvir edir. Hazırda o, VII sinifdə təhsil alır. Oxuduğu illər ərzində hər zaman əla qiymətlər almağı bacarmış və bununla da sinifdə hər zaman fərqlənmişdir. Röyanın tədris olunan fənlərin hamısına marağı böyükdür, lakin bu fənlər arasında onun diqqətini daha çox çəkən riyaziyyat, bilogiya, fizika, ədəbiyyatdır. Rus bölməsində təhsil almağına baxmayaraq o, Azərbaycan dilini çox sevir və onda bu sevgini, həvəsi yaratdıqları üçün Çinarə və Ağabacı müəlliməyə öz dərin minnətdarlığını bildirir. Röya texniki və humanitar biliklərə yiyələnməklə yanaşı xarici dillərə böyük maraq göstərir. Bu səbəbə görə də o, öz üzərində çox çalışmış və məqsədinə çataraq ingilis dilində səlis danışmağı öyrənmişdir. Lakin bununla kifayətlənməyərək alman dilini də həmin səviyyədə bilmək üçün qarşısına məqsəd qoymuş və bu məqsədinə çatmaq üçün hal-hazırda da əmin addımlarla irəliləməkdədir. Asudə vaxtlarında o, Azərbaycan, rus və ingilis dillərində şeirlər yazır və gələcəkdə öz şeirlər toplusunu kitab halına gətirərək çap etdirmək arzusundadır.
O, hal-hazırda həkim olmağı arzulasa da, gələcəkdə fikirlərinin dəyişmə ehtimalı qaçınılmazdır. Lakin hansı peşəni seçməyindən asılı olmayaraq o, yiyələnəcəyi peşəni dərinliklərinə qədər mənimsəyib, o sahədə mütəxəssis olmaq istəyir. Buna çatmaq üçün çox çalışmalı olduğunu dərk edərək bu yolda hər zaman bir addım öndə olmaq üçün əlindən gələni edir.

Röyaya hər zaman qarşısına qoyduğu məqsədlərə çatmağı və bu yolda büdrəməməyi arzulayırıq.

1 комментарий: