elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 января 2017 г.

Abdullayev Adilxan Məhəmməd oğlu

Abdullayev Adilxan Məhəmməd oğlu 18 oktyabr 2008-ci ildə Bakı şəhərində anadan olub.6 Nömrəli məktəb liseyin şagirdidir dərslərini yaxşı oxuyur, sevimli fənləri riyaziyyat, təsviriincəsənət, rus dili, Azərbaycan dili, ingilis dilidir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştira edir, bunlardan  Ögey ana filmindən İsmayıl rolunu , Burotino filmindən brotino və znayka rollarını ifa edib və çox uğurlu alınıb.Uğurlarına görə valideyinlərinə borclu olduğunu deyir. Çoxlu çalışaraq yüksəlmək istəyir.
Hələ bilmir hansı sənətin sahibi olacaq . Maynkraft oyununu çox sevir boş vaxtlarında bu oyunu oynayır, eyni zamanda  Şəhərlər və əyləncə yerləri kəşf edir. Judo idman növünə gedir .Gitara ifa etməyi öyrənir. Şer , Hekaye yazır. Arada bir rəsmlə də məşğul olur. Musiqiylə Dərslərini yaxşı oxumaq , idmanla məşğul olmaq və xarici ölkələrə səyahət etməkdir əsas məqsədi. Savadını artırmaq və Ölkəmizin idarəetmə strukturunda yüksək vəzifə tutmaq istəyir.Adilxan
Bəzi televiziya verilişlərində iştirak etdib, məsələn ‘ Uşaq Dünyası ‘ Ictimai TV də.Valideyinləri onun haqqında körpəlikdə çox ağıllı ve sakit uşaq olub. Əsas məşğuliyyəti Lego yla ev tikmək və maraglı çizgi filmləri izləmək olduğunu deyirlər. Məktəbə gedənə gədər Gələcək Nəsil valideynlər klubunda yazıb oxumağı az çox öyrənmişdir. İstedadıyla bağlı marag 4-5 yaşlarından anası tərəfindən yaranıb.

Uğurlar Adilxan!

Комментариев нет:

Отправить комментарий