elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

İsmayılova Murad Rövşən oğlu

İsmayılova Murad Rövşən oğlu 5 sentyabr 2000-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Murad  uşaqlıqdan şahidi olduğu hadisələri və eşitdiyi məlumatları tam anlamağa çalışırdı. Texnikaya xüsusi maraq göstərir və onla­rın işləmə mexanizmi haq­qında böyük­lər kimi suallar verirdi.
O, məktəbə gedənə qədər hərfləri bilməsə də, rəqəm­ləri tanıyır və sadə riyazi ça­lış­maları həll edirdi. Rəqəm və ədədləri  anaısı  tərəfindən  öy­rədil­mişdi. Hələ 5 yaşında   riyaziyyatdan misal və məsə­lələrinin bir qismini həll edirdi.
III sinifdə oxuyarkən vali­deynləri onun dəqiq elmlərə olan xüsusi istedadını aşkar­lamışdır. Murad   190 saylı tam orta məktəbdə təhsil alır.   Dərs əlaçısıdır, ən sevimli fənləri fizika, riyaziyyat və kimyadır. Murad  məktəbdə keçirilən bütün tədbirlərdə və bayram şənlik­lə­rində fəal iştirak edir, onların əksəriyyətinin təşkilatçısıdır.  Murad bir çox diplom və tərifnamələrlə təltif olunmuşdur . Murad əldə etdiyi uğur və nailiyyətlərə görə bütün müəllimlərinə, valideynlərinə borclu olduğunu hesab edir. O, atasına oxşamaq istəyir.

Əsas hədəfi dəqiq elmlərin mükəmməl bilicisi olmaq və bu sahə üzrə bir yenilik etməkdir.  Murad  V sinifdə oxuyarkən kompüterə olan marağı səbəbindən proqramist olmağa qərar vermişdir. Yaxın gələcək üçün əsas planları orta məktəbi uğurla başa vurub proqram təminatı üzrə ali təhsil almaqdır. Mükəmməl kompüter proqramı yaradaraq tanınmaq və tarixin yaddaşında yaşamaq istərdi. O, asudə vaxtlarında  kitab oxumağı, musiqi dinləməyi çox sevir.

Комментариев нет:

Отправить комментарий