elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Qumru Mәmmәd Sadıx qızı Mәmmәdova

 
Filosoflardan biri yaxşı demişdir ki, insanın xoşbәxtliyi, hәyatda qazandığı müvәffәqqiyәtlәrin yolu onun öz qüvvәsinә inamı üzәrindәn keçir. Bu fikirlәrin sitat gәtirilmәsi tәsadüf deyil.
Haqqında söhbәt açacağımız qәhrәmanımız 11 yaşlı Qumru balamız da yaşının az olmasına baxmayaraq özünəinaml sayəsində bir çox nailiyyətlər əldə edib. 2005-ci il iyunun 1-dә Bakı şәhәrindә dünyaya göz açan Qumru Mәmmәd Sadıx qızı Mәmmәdova uşaq vaxtlarından aktiv oyunların, şәkil çәkmәyin vә musiqinin hәvәskarı olub. Sonra isә Qumruda müxtәlif idman növlәrinә hәvәs yaranıb. Tennis, atçılıq, xizәk vә musiqiyә, piano vә rәssamlığa maraq göstərməyə başlayıb.
Körpә yaşlarından tәhsil almasına valideynlәri tәrәfindәn xüsusi diqqәt yetirilmişdir. 5-6 yaşından Qumrunun müxtәlif sahәlәrdә uğurların әldә etdiklәrini valdeynlәri müşahidә etmәyә başladı.
Artıq Qumru mәktәbә gedәnә qәdәr yaşıdlarından fәrqli olaraq çox şeyi bilirdi. İlk tәhsilinә 132-134 №li mәktәbdә başlamışdır. Qumru indi dә hәmin mәktәbdә tәhsilini davam etdirir. Dәrslәrindә hәr kәsdәn fәrqlәnir, dәrs әlaçısıdır. Әn çox xoşladığı fәnlәr rәsm vә riyaziyyatdır. Mәktәbdә keçirilәn әksәr tәdbirlәrdә rol alıb, hәmçinin müxtәlif müsabiqәlәrdә vә idman yarışlarında uğurlu iştirak etmişdir. Diplomlar, fәxri fәrmanlar әldә etmişdir.
Fәaliyyәtindәn dolayı әn yüksәk zirvәlәri fəth etmәk istәyәn Qumru әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü valideynlərinə borclu hesab edir vә onlara bәnzәmәk istәyir.
Qumru uşaqlıqdan memar vә ya dizayner olmaq istәyir. O, tәbiәt mənzərələri mövzusunda rəsmlər çəkməyə daha çox üstünlük verir.
Asudә vaxtlarında rәsmlә mәşğul olur vә ya özündәn 3 yaş balaca bacısı ilә vaxtını keçirir.
Onun әn böyük arzusu orta mәktәbi qızıl medalla bitirmәk vә ali mәktәbә uğurla daxil olmaqdır.
Qumrunun fəaliyyəti ilә bağlı "İdman Azәrbaycan" telekanalında böyük tennisin ölkәmizdә inkişafına hәsr olunmuş verilişdә süjet yayımlanmışdır.
Öz xalqına xidmәt etmәklә vәtәnin layiqli övladları sırasında yerini almaq onun böyük arzularından biridir.
Sevimli qәhramanımız, sәnә bu yolda uğurlar arzu edirik!


Комментариев нет:

Отправить комментарий