elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 января 2017 г.

Qənizadə Cavidan Elgün oğlu

 
Qənizadə Cavidan Elgün oğlu 21 sentyabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Cavidan körpəlikdən musiqi duyumu olan uşaq idi: mahnı səsi eşidəndə tez oxuyub, rəqs edərdi. Hətta 1-2 yaşından musiqi alətlərinə həvəs göstərirdi.
Cavidan ilk dəfə 2010-cu ildə 23 nömrəli orta məktəbin I sinfinə qəbul olunub. Eyni zamanda G.Şaroyev adına 35 nömrəli musiqi məktəbində skripka ixtisası üzrə dərs almağa başlayıb. İxtisas müəllimi Natəvan Salayevadır. Uşaqlıqda Oqtay Zülfüqarovun da şagirdi olub. Hazırda 164 nömrəli orta məktəbin VII sinif, musiqi məktəbinin VI sinif şagirdidir. Həm də taekvando ilə məşğuldur və Azərbaycan Taekvando Federasiyasının üzvü olaraq,  Səbuhi Fətəliyevin tələbəsidir. Dərslərini yaxşı oxuyan Cavidan, musiqi, xarici dil, Azərbaycan dili fənlərini daha çox sevdiyini vurğulayır. Məktəbin mədəni-ictimai tədbirlərində də aktiv iştirak edən müsahibimiz, belə tədbirlərdə əsasən, skripkada  musiqilər səsləndirir və mahnılar ifa edir.
Həyatında uğurlu, maraqlı günlərinin çox olduğunu deyir və belə günlərdən biri kimi, 2016-cı ilin avqust ayında keçirilən “Mr & Mrs Stars of Baku” Moda Müsabiqəsində “İstedad” nominasiyası üzrə I yeri tutduğu günü vurğulayır. Onun dəfələrlə Space,  Azərbaycan Televiziyası, Mədəniyyət, ATV kanallarında  uğurlu çıxışları olub. Onun youtube portalındakı rəsmi səhifəsində televiziya kanallarındakı çıxışları yerləşdirilib.
Cavidan dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Məsələn, 24 may 2011-ci ildə 23 nömrəli tam orta məktəbin I sinfini əla qiymətlərlə başa vurduğuna görə ibtidai sinif müəllimi olan A. Şükürova adından fəxri fərmanla, 24 avqust 2016-cı ildə Azərbaycan Respublikası “Zirvə” Ziyalılar Təşkilatının dəstəyi ilə keçirilən "Mr & Mrs Stars of Baku" Moda müsabiqəsində İstedad nominasiyasında I yeri qazandığına görə diplomla təltif olunub.
Əldə etdiyi nailiyyətlərə görə ali təhsilli valideynlərinə, nənə-babasına və müəllimlərinə minnətdarlıq edir.
Gələcək üçün əsas hədəfi mümkün olduğu qədər yüksək pilləyə doğru irəliləməkdir. İllər sonra istedadı ilə hər yerdə tanınan musiqiçi olmaq istəyir ki, bununla vətənimizi dünya üzrə tanınmış  musiqi yarışmalarında (məsələn eurovision-da) təmsil edib, Azərbaycanımıza qalibiyyət qazandırsın və bayrağımızı ucaltsın. Asudə vaxtlarında skripka ifa etməklə, kitab oxumaqla, görkəmli bəstəkarlarımızın musiqilərini dinləməklə məşğul olur. Həm də “Bənövşə” Uşaq Xorunun fəal üzvlərindəndir. Bu yaxınlarda onların konserti planlaşdırılır. Yaz aylarında, iştirak etdiyi müsabiqənin final mərhələsi olacağına görə, öz yeni ifaları üzərində çalışır.
Gələcəkdə vətənimizə layiqli övlad olmaq, istedadlı musiqiçi kimi Azərbaycanı başqa dövlətlərdə layiqincə təmsil etmək üçün öz üzərində daim işləyir.
Cavidan 28 yanvar 2017-ci il  tarixində keçiriləcək Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi Şöbəsi tərəfindən təşkil edilən “İstedad sənsən” müsabiqəsində iştirak etmək hüququ qazanıb.
Onu da qeyd edək ki, yüksək musiqi duyumu və gözəl istedada malik olan Cavidan balamız Şirvan Aşıq məktəbinin banisi - böyük sənətkar Aşıq Mirzə Bilalın nəticəsidir.
Uğurlarının davamlı olmağını arzu edirik!

Комментариев нет:

Отправить комментарий