elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 января 2017 г.

Həşimli Aylin Əsgər qızı

Həşimli Aylin Əsgər qızı 18 yanvar 2008-ci ildə Ağdaş şəhərində dünyaya göz açıb. Aylin körpəlikdə çox sakit, düşüncəli və səbrli uşaq olub. Uşaq olanda sevimli məşğuliyyəti karandaşlarla oynamaq, onları saymaq olub.
Məktəbə gedənə qədər yazıb-oxumağı nənəsi Rəfiqə xanımın köməyilə öyrən­miş­di. O, öz hazırca­vablığı, çoxlu şeir əzbərləyə bilmək qabi­liy­yətinə görə seçilən olub. Onun istedadı 3-4 yaşlarında olanda üzə çıxıb.
Aylin Ağdaş şəhər M. Şeyxzadə adına Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyada təhsil alır. Dərslərindən əla qiymətlər alır. Bütün fənlərə eyni diqqət və məsuliyyətlə yanaşır.
Məktəbdə keçirilən Yeni il, Novruz şənliklərində fəal iştirak edib. Müəlliminin tapşırıqlarını sözsüz yerinə yetirib, tədbirlər üçün nəzərdə tutulan şeirləri, mətnləri, oyunları layiqincə hazırlayıb.
Bağça həyatına vida edib məktəbə yollandığı ilk gün onun üçün ən maraqlı və yaddaqalan gün olub.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəlliminə borclu olduğunu deyir. Təhsilində böyük uğur və yüksək zirvəyə ucalmaq arzu­sundadır. Aylin həkim olmaq, dövlətimiz üçün xeyir işlər görmək istəyir. Məktəbə getdiyi gündən bu qərarı verib. Ali təhsilli, ziyalı bir insan olub öz elmi ilə tarixə adını həkk etdirmək istəyir.
Boş vaxtlarında mütaliə ilə məşğul olur, əlavə kitablar oxu­ma­ğı çox xoşlayır. Şəkil çəkmək onun sevimli məşğuliyyətlərin­dən biridir.


Комментариев нет:

Отправить комментарий