elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 января 2017 г.

Əliyev Rəsul Təmraz oğlu

Azərbaycan, son illər ərzində təhsil sisteminə xüsusi diqqət ayıran dövlətdir. Paytaxtımız Bakı ilə yanaşı, ayrı-ayrı bölgələrdə də təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, təhsil islahatları həyata keçirilir. Bu istiqamətdə cənab prezident İlham Əliyevin imzaladığı Təhsil Strategiyasının da töhfələri göz önündədir. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illərdə orta məktəblərdən məzun olan abituriyentlərin böyük qismi yaxşı nəticələr əldə edərək, ali təhsil ocaqlarına qəbul olub, tələbə adı qazanırlar.
Təkcə öz ölkəmizdə təhsil almaqla kifayətlənmək istəməyən məzunlarımız bəzən xarici ölkələrə üz tutaraq, oradakı universitetlərdə təhsilini davam etdirməyə nail olurlar. İndi haqqında danışacağımız gənc dostumuz da belələrindəndir.
Əliyev Rəsul Təmraz oğlu 17 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Valideynləri ilə söhbət zamanı onlar Rəsul haqqında həmişə müsbət fikirlər eşitdiklərinə görə ondan razı olduqlarını bildirdilər. Elm-təhsil həyatına ilk dəfə “Tərəqqi” liseyində qədəm qoyan Rəsul, beşinci sinifdən başlayaraq Elitar gimnaziyada təhsilini davam etdirib və XI sinfi də elə həmin gimnaziyada başa vurub. Şagird olduğu illər ərzində müəllimlərinin razılığını qazanan Rəsul, elm sahəsində uğurla addımlayan yeniyetmələrdən olub. Belə ki, dəfələrlə müəyyən fənlər üzrə təşkil edilən bilik yarışlarında iştirak edib. Məsələn, 2015-ci ildə Sərhədsiz Riyaziyyat Beynəlxalq Turnirində bürünc medala layiq görülüb. 2016-cı ilin aprel ayında yenə də Sərhədsiz Riyaziyyat III Beynəlxalq Turnirində birinci yerə layiq görülüb. Bu qalibiyyətinə görə  həm sertifikat əldə edib, həm də medalla təltif olunub.
2016-cı ildə Elitar gimnaziyanın məzunu olduqdan sonra Türkiyəyə təhsil almağa yollanıb. Hazırda Orta Doğu Texniki Universitetində təhsil alır - I kurs tələbəsidir.

Gənc yaşda bir sıra nailiyyətlərə imza atan, hazırda ailəsindən uzaqda - ölkə xaricində ali təhsil alan Rəsula redaksiyamız adından uğurlar arzu edir və ümid edirik ki, gələcəkdə də yeni uğurlarla yaxınlarını sevindirəcək.

Комментариев нет:

Отправить комментарий