elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Kərimova Gülnar Sahib qızı

Kərimova Gülnar Sahib qızı 25 mart 1994-cü ildə Rusiya Federasiyasında dünyaya göz açıb. Gülnar məktəbəqədər dövrdə rəqs dərnəyində milli rəqsləri həvəslə öyrənib. 5 yaşında məktəbəqədər hazırlıq kursunda yazıb-oxumağı öyrənib.
Gülnar orta təhsilini Nizami rayonundakı Zəngi liseyində alıb. Orta təhsilinin müvəffəqiyyətlə başa vurduqdan sonra Bakı Slavyan Universitetinə qəbul olunub.
Orta məktəbdə oxuduğu illərdən bəri əlaçı, fəal şagirdlərdən biri olub. Yuxarı siniflərə keçdikcə Azərbaycan dili və ədəbiyyatına marağı artıb. Orta məktəbdə keçirilən bütün tədbirlərdə, ekskursiya və gəzintilərdə, olimpiada və müsabiqələrdə iştirak edib. Məktəbin əksər tədbirlərində şeir və mahnı ilə çıxış edib, çox vaxt aparıcı olub.
Gülnar özü haqqında bunları dedi: “Anam həmişə danışır ki, məni doğum evindən gətirəndə nənəm üzümə baxıb deyib: “Bu qız tərcüməçi olacaq”. Nənəmin bu sözləri anama ideya verdi və I sinfə gedəndə anam məni ingilis dili kurslarına yazdırdı. Oradakı müəllimlərim anama həmişə tövsiyə edirdilər ki, məni dil-təmayüllü ixtisasa yönəltsin. Mənə dil öyrənmək həmişə maraqlı və asan olub. Orta məktəbdə ən sevimli dərsim ingilis dili olub. Məktəbdə oxuyarkən 3 dəfə olimpiadalarda iştirak etmişəm. Ali məktəbdə ingilis və alman dillərini öyrənirəm və dərslərə böyük həvəslə hazırlaşıram. Həyatımın ən maraqlı və çox arzuladığım günü universitetə qəbul olunduğum gün idi. Qazandığım bütün uğurları ailəmin dəstəyi ilə qazanmışam. Təhsilimi bitirdikdən sonra magistraturaya qəbul olmaq, sinxron tərcüməçi işləmək istərdim. Boş vaxtlarımı filmlər izləmək, kitab oxumaq və ya dənizkənarı bulvarda gəzintidə keçirirəm”.


Комментариев нет:

Отправить комментарий