elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Məmmədova Şənay Mehman qızı

Məmmədova Şənay Mehman qızı 18.09.07 –ci  ildə Bakı şəhərində anadan olub. Məktəbə qədər rəsm çəkməyi çox sevirdi və ətrafdakıların fikrincə yaxşı alınırdı. İndi də boş vaxtlarında yaxınlarının rəsmini çəkməyi çox sevir. kitab oxuyur , musiqi dinləyir , ailəsi ilə birlikdə zaman keçirir. Bütün bunların onu çox xoşbəxt etdiyini deyir.
 Şəkil çəkməkdən başqa şeir və yaxud nağıl danışmağı çox sevərdi. Məktəbə gedənə qədər ana dilində  yazib-oxumağı bilirdi.

 Mətəb nəzdində və ya kənarda keçirilən müsabiqələrdə fəal iştirak edib və  müəyyən yerlər tutub, diplomları və fəxri fərmanları var. Hər uğuruna görə özünü anasına borclu bilir, çünki anası həmişə ona mənəvi dəstək olub. Sevib-seçdiyi ixtisasa yiyələn­mə­yində isə atasının rolu böyük olub. Valideyinləri onun körpə vaxt ağıllı və istedadlı uşaq olduğunu deyir.Tarixin yaddaşında gördüyü yaxşı işlərlə qalmaq istəyir və düşünür ki, bunu bacaracaq. Uğurlar Şənay!

Комментариев нет:

Отправить комментарий