elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 января 2017 г.

Aslanova Fatimə Nazim qızı

İstedadlı uşaqlardan biri də Aslanova Fatimə Nazim qızıdır. Valideyinlərinin sözlərinə görə Fatimə  2 yaşından 108 saylı uşaq bağçasına gedib. Orada bütün bayramlarda maraqlı tədbirlər keçirilib. Bu tədbirlərə hazırlıqla əlaqədar bağçada rəqslər, oyunlar və s. öyrədilib. Artıq 3 yaşından ingilis, rus və azərbaycan dillərində ətraf mühitlə yaxından tanış olmaq üçün əlavə məşqələlərə yönəldilib. 1 il Gimnastika, az müddət üzgüçülük və rəqs dərnəylərinə üzv olub. Və hal-hazırda məktəbdə də  rəqslə məşqul olur. 2015-ci ilin fevral ayından iyul ayınadək “CMART KİDS” Tədris Mərkəzinin üzvü olub və burada rəsm, həndəsi  fiqurların və  ətraf mühitin sirlərini yaxından öyrənib. Okeanlar, planetlər haqqında bildikləri yəqin gələcəkdə onun astranomiyaya həvəs yaradacaq. Riyaziyyat və ədəbiyyatla da çox yaxından maraqlanır. Bilmirəm dövrün tələbi olduğu üçün ya nə səbəbdəndirsə, informatika ən sevimli dərsinə çevrilib. Yəni çox yazmaq olar. Çünki, mən çox istəyirəm ki, mənim uşağım hərtərəfli anlayışlı olsun. Gələcəkdə öz biliyi sayəsində üzünə çox qapılar açıq olsun. Hər bir işlə yaxından tanış olub, dərk edib və seçımındə səhv etməsin.Məktəbə qədər hazırlıq yaxşı səviyyədə, bağçada Zema Asadovna və kənarda Solmaz müəllimə tərəfindən  öyrədilib.Kiçik yaşlarından (3 yaşından) Fatiməni anası  özü ilə işə və ya getdiyi dövlət qurumlarında, anası  mühasib işlədiyi üçün marağı riyaziyyata yarandı. Aslanova Fatimə Nazim qızı 07  fevral 2009-cu ildə Bakı şəhərində anadan olub. 6 saylı Tofiq İsmayılov adına litsey məktəbin şagirdidir.  Sevimli fənnləri  riyaziyyat, Azərbaycan dili, rus dili, informatika, texnologiya, təbiətşünaslıq  (İZO),nəğmə və  Məktəbdə keçirilən bütün bayramlarda və tədbirlərdə, şeirlər söyləyir və rəqs nömrələrində( milli, çin, meksika və qarışıq ) yaxından iştirak edir. Müəllimlərinə, başda Kəmalə xanım olmaqla minnətdar olduğunu deyir. Uğurlar Fatimə!

Комментариев нет:

Отправить комментарий