elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Axundova Şirin Elnur qızı

İstedadlı gənclәrimizdәn biri də Şirindir. Axundova Şirin Elnur qızı 30 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, körpәlikdәn şən, maraqlı, diqqət tələb edən uşaq olub. Musiqiyə meyilli olub. Nağıl və hekayələr dinləməyi xoşlayıb. Dənizi sevir, yaxşı üzə bilir. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Bunları anasından və uşaqlar üçün təhsil mərkəzlərində öyrənmişdir. Şirin yaradıcı uşaqdır. Onun çoxlu rəsmləri və əl işləri var. Hazırda Tahir Hәsәnov adına 23 №-li tam orta məktəbin rus bölməsində VI sinifdə təhsil alır. Əlaçıdır. Ən sevimli fənləri riyaziyyat, biologiya, fizika və musiqidir. “Alisa möcüzələr aləmində” əsərinin ingilis dilində tamaşasında Qırmızı Şahzadə rolunu oynamış, aktyorluq bacarığına görə diplom ilə təltif olunmuşdur. Məktəbdə keçirilən müxtəlif olimpiadlarda iştirak edir. Bundan başqa, istirahət məkanlarında yay tətili zamanı uşaqlar üçün təşkil olunan müsabiqələrdə iştirak etmiş və bir çoxunda qalib gəlmişdir. Əldə etdiyi uğurlara görə anasına borclu olduğunu deyir. Çünki anası hər zaman ona dəstək olur. Şirin həyatda anasına oxşamağa çalışır.
Böyüyəndə neyrocərrah olmaq istəyir. Seçdiyi həkim-neyrocərrah peşəsində yüksək səviyyəli və bacarıqlı peşəkar olmağı qarşısına məqsəd qoyub. 2016-ci ilin noyabrından, uşaqlar üçün təşkil olunmuş biologiya üzrə kurslara qatıldıqdan sonra bu qərara gəlib. Bu, onun ən böyük arzusudur. Çətin peşə olsa da, Şirin üçün çox maraqlı gəlir. Ətrafındakı insanlara, qocalara, kimsəsiz uşaqlara kömək etmək də Şirinin bitib-tükənməyən arzularından biridir.
Uşaqların çoxusu kimi, o da asudə vaxtında videooyunlar oynayır, kitab oxuyur, bəzən də naxış tikir. Uşaqlar üçün nağıl və maraqlı hekayələr yazmağı sevir, yazıçılığa meyli var, mahnı oxumağı və musiqiyə qulaq asmağı xoşlayır.

Onun maraqlı arzuları var. Bunlardan biri də neft sənayesində mədən sahibi olmaqdır. Buradan əldə edəcəyi gəliri kimsəsiz insanlar və heyvanlar üçün xüsusi sığınacaqlara sərf etmək istəyir. Yardıma ehtiyacı olanlara kömək edərək tarixin yaddaşında vətənpərvər, xeyriyyəçi kimi qalmaq arzusundadır.

Комментариев нет:

Отправить комментарий