elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Fəxri Toğrul oğlu Axundov

Azərbaycanımız istedadlı gəncləri ilə tanınmaqdadır və bunlardan biri də Fəxridir. Fəxri Toğrul oğlu Axundov 17 iyun 2003-cü ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. O, körpəlikdə çox dəcəl uşaq olub, bütün oyunlarda fəal iştirak edib. 4 yaşında olarkən Fəxri yazmağı və oxumağı bilirdi. Riyaziyyatdan çətin tapşırıqları həll edirdi. Bu biliklərə həm müəllimi, həm də anası tərəfindən yiyələnmişdir. Üzgüçülük, basketbol ən sevdiyi idman növləridir və bir neçə ildir ki, bunlarla məşğuldur. Fəxrinin musiqi duyumuna malik olduğu uşaqlıqından bəlli idi. Tar alətində ifa etməsi babasını arzusu idi, çünki Fəxrinin babası Ağabəy müəllim özü də tarda çox gözəl ifa edirdi. Uşaqlıqdan məhz bu alətə sevgi ilə yanaşmasını da babası öyrətmişdir.
Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur, ən çox sevdiyi fənlər tarix, coğrafiya, ədəbiyyat, informatika, həyat bilgisidir.
Fəxri özü barədə bunları dedi: “Mənim 13 yaşım var. Musiqi ilə məşğul olmaq mənim üçün həyat qədər vacibdir. Mən ailədə musiqi sədaları altında böyümüşəm, sanıram ki, musiqi mənim qanımdadır. Ailəmizdə hər kəsin musiqi təhsili var. Düşünürəm ki, dünyaya gəlmədən öncə valideynlərim artıq mənim də musiqiçi olacağımı bilirdilər.
Tofiq Quliyev adına 12 №-li 11 illik musiqi məktəbində təhsil alıram. Tar aləti üzrə VII sinifdəyəm. Orada dərs aldığım hər bir fənni sevirəm. Qiymətlərim əladır. Musiqi məktəbində keçirilən hər tədbirdə iştirak edirəm. İl ərzində Dövlət Filarmoniyasında, Muğam Mərkəzində və digər musiqi məkanlarında məktəbimizin hesabat konsertləri təşkil olunur və mən orada həm solo, həm kamera orkestri ilə musiqi parçaları ifa edirəm. Məktəbimizlə il boyu qastrol səfərlərimiz də olur. Bəzi televiziya kanallarında çıxışlarım olub. Asudə zamanım olanda onu mutləq musiqiyə həsr etməyə çalışıram. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və digər bəstəkarların əsərlərini dinləməyi sevirəm. Günümü bu cür gözəlləşdirməyə çalışıram. Həyatımda ən maraqlı, uğurlu günlər və hadisələrin hələ irəlidə olduğunu düşünürəm. Sevdiyim işlə məşğul olduğum zaman gün mənim üçün çox maraqlı keçir.
Mənim bir sıra təşəkkürnamələrim və diplomlarım var. Mən özümü üzərimdə hədsiz dərəcədə əziyyəti və əməyi böyük olan anama borclu bilirəm. Gözəl ifalarım üçün tar müəllimimə təşəkkürümü bildirirəm.
Tutduğum musiqi yolunda adları tarixə yazılmış sənətkarlara baxıb irəliləmək istəyirəm və çalışacağam ki, gələcəkdə öz dəstxətim olsun. Musiqi məktəbini bitirdikdən sonra Milli Musiqi Akademiyasına daxil olmaq arzum var, daha sonra təhsil dərəcəmi xarici ölkələrin məşhur musiqi akademiyalarında davam etdirmək niyyətindəyəm. Musiqidə ən uca pillələrə hədəfliyəm. Öz gələcəyimi tanınmış və gözəl tar ifaçısı kimi görürəm və adımı Azərbaycanın musiqi tarixi səhifələrinə yazmaq istəyirəm”.
Qeyd edək ki, Fəxri həm də fortepiano alətində gözəl ifa edir, yaxın gələcəkdə klarnet aləti üzrə dərslər almaq kimi planları var.
Uğurlar, Fəxri.

Комментариев нет:

Отправить комментарий