elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 января 2017 г.

Kamran Hikmәt oğlu Әlişov

Mәktәb Amerika!
Mәqalәyә bu adı seçmәyimizi bir çoxlarına vaxtından әvvәl verilәn qiymәt tәsiri bağışlaya bilәr. Yәqin ki, mәqalәni tam oxuduqdan sonra heç dә yanılmadığımızı görәcәksiniz.
Görәcәksiniz ki,  Kamran Hikmәt oğlu Әlişov bu ada layiq olduğunu tezliklә doğruldacaq.  Kamran 2000-ci il noyabrın 19-da Bakı şәhәrindә anadan olmuşdur. Uşaq yaşlarından aktiv,  fәal, istedadlı bir uşaq olmuşdur. Mәktәbә gedәnә qәdәr yazıb-oxumağı öyrənmişdi.
Kamran ilk tәhsilini 23 №li mәktәbdә başlamış, sonra isә Bakı Oksford mәktәbindә davam etmişdir. Hazırda isә Amerikanın tanınmış mәktәblərinin birində tәhsilini davam etdirir. XI sinif şagirdi olan Kamran ilk azәrbaycanlı tәlәbәdir ki, hәmin mәktәbdә tәhsil alır.
Kamran dәrslәrdә fәal vә aktiv şagirdlәrdәn biridir.
Bunula yanaşı Kamran futbolla mәşğul olur vә gitarda çalır. Әldә etdiyi uğuru öz biliyi ilә Amerikada tәhsil almasıdır. Bu naliyyәtlәrinә görә özünü ailәsinә vә müәllimlәrinә borc bilir.
Gәlәcәklә bağlı planları atasına bәnzәmәk istәyir. Onun kimi iqtisadçı olmaq istәyir.
Tәhsilini başa vurub ali mәktәbә qəbul olmaq ən ümdə məqsədidir. 
Biz dә redaksiyamız adından gәnc qәhramanımıza, uğurlar arzu edirik. 
Uğurların bol yolun açıq olsun Kamran!

Комментариев нет:

Отправить комментарий