elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 января 2017 г.

Həsənova Məryəm Vüsal qızı

Məryəm körpəlikdən həssas və hər şeyə maraq göstərən sual dolu bir uşaq olub. Cəmiyyət arasında olmağı, əylənməyi seir söyləməyi bir sözlə diqqət mərkəzində olmağı xoşlayıb.
Məktəbə gedənə qədər yazıb oxumağı bilirdi. Valıdeynləri və getdiyi uşaq bağçasındakı müəllimər tərəfindən öyrədilmışdır. İstedadı ilə bağlı maraq üç yaşından yaranıb. Valideynlərin ona oxuduğu kitablar əsasında uşaqda maraq oyanıb.
Həsənova Məryəm Vüsal qızı 28 dekabr 2008-ci ildə Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki Təbiət Elımlər Litseyində təhsil alır.
Məryəm: Dərslərimi əla oxuyuram. Ən sevimli dərs fənlərim Riyaziyyat və Azərbaycan-dillidir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə,mərasim və bayramlarda fəal iştirak edirəm. Həyatımda ən maraqlı və uğurlu gün birinci sinifə getdiyim gündür.
Əldə etdiyim ugur və nailiyyətlərə görə valideyinlərimə və müəllimlərimə borcluyam. Fəaliyyətimlə bağlı birinci və dərs əlaçısı olmağı hədəfləmışəm.
Gələcəkdə həkim olmaq istəyirəm. Televiziya verlişləinin birində görkəmlı oftalmoloq Zərifə Əliyeva haqqında hazırlanan sənədli filmə baxandan sonra məndə həkım olmaq qərarına gəldim.
Asudə vaxtlarımda kitab oxumağı, rəsm çəkməyi və valideynlərimlə gəzməyə getməyi xoşlayiram. Əgər mən rəsmlə məşgul olaramsa qış mövzusunda şəkil çəkməyə daha çox üstünlük verərdim. Gələcəkdə planlarım dərslərimi əla oxumaq.


Комментариев нет:

Отправить комментарий