elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Əliyeva Türkanə İltifat qızı

Əliyeva Türkanə İltifat qızı 2003-cü il yanvarın 1-də Bakı şəhərində dünyaya göz açıb. O, məktəbə gedənə qədər bütün hərfləri tanıyır, saymağı bacarır, dövlət rəmzlərini bilir və təhlil edirdi. Əmircan qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı tam orta məktəbin şagirdidir. Çalışqan və məsuliyyətli şagirddir. Azərbaycan dili, fransız və ingilis dili, tarix fənlərinə daha çox marağı var. Məktəbin bütün tədbirlərində fəal iştirak edir, şeir söyləyir. Uğurlarına görə fəxri fərmanla təltif olunub. IV sinifdə oxuyarkən məktəblərarası sınaq imtahanında II yer tutub və sertifikat alıb. Şeir deməyi çox sevir. Yaxşı şeir dediyinə görə “İcmal” qəzetinin 26 noyabr 2012-ci il tarixli sayında “Üçrəngli bayrağım” başlığı altında haqqında məlumat verilib. Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü Allaha, valideynlərinə borclu hesab edir. Müəllimlərinin onun üstündə əziyyətini və valideynlərinin dəstəyini yüksək qiymətləndirir.
Asudə vaxtlarını kitab oxuyur və bilik yarışmalarını izləyir.
Ən böyük arzusu cərrah olmaqdır. Düşünür ki, yaxşı cərrah olmaqla insanların sağlamlığının keşiyində duracaq və vətəninə olan vətəndaşlıq borcunu bu cür yerinə yetirəcək. Tarixin yaddaşında tanınmış cərrah, yaxşı insan kimi qalmaq istəyir.


Комментариев нет:

Отправить комментарий