elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2017 г.

Seyfullayev Nadir

Hamımız yaxşı bilirik ki, istedadlı uşaqlar hәmişә göz önündә olurlar. Onladan biri dә Nadirdir!
Nadir 2004-cü il sentyabrın 3-dә Bakı şәhәrində Seyfullayevlər ailəsində dünaya göz açmışdır. Arzulanan, nənələrinin, babalarının səbrsizliklə yolunu gözlədiyi Nadir balanı qucağına alan babası məhz bu nəvəsinə öz adını verməli olduğu qərarına gəlir. Və bu hiss onu aldatmır. Balaca Nadir böyüdükcə, uğurları artdıqca, babasının, valideyenlərinin fəxrinə çevrilir.
Danışmağa başladıqı dövrdən hər eşitdiyi kiçik bir şeir parçasını dəqiqliyi ilə təkrarlaması, riyazi misalları dərhal cavablandırması onun gələcəkdə savadlı, intellektual, ölkəsinə, xalqına, ailəsinə xeyirli bir övlad olacagını sübut edirdi. Riyaziyyata olan maragı onu şahmat məktəbinə gətirib çıxartdı. O hələ uşaq vaxtlarından Uşaq və Gənclər Olimpiya Mərkəzində, Şahmat Mərkəzində keçirilən bir çox yarışmalara qatılır, Azərbaycan üzrə rayonlarda keçirilən bütün yarışmalarda müvəffəqiyyətlə çıxış edir. Və sonda bütün pillələri adlayaraq I dərəcə normativini də yerinə yetirir. Bu nəticələri əldə etməkdə müəllimi Günay xanımın böyük zəhməti olmuşdur.
Nadir hələ 5 yaşında N. Tusi adına Gimnaziyada fəaliyyət göstərən məktəbəqədər kurslara qəbul olmuş, bu kursları müvəffəqiyyətlə bitirib həmin gimnaziyanın I sinfinə qəbul olmuşdur. Gimnaziyada oxuduğu müddətdə gözəl müəllim kollektivinin sayəsində mükəmməl biliklərə yiyələnmişdir. Musiqi, rəsm, üzgüçülükdə əldə etdiyi nailiyyətlərə görə də bu gimnaziyaya borcludur.
İngilis dili müəllimi Aytən xanım və sinif rəhbəri Natavan xanıma dərin təşəkkürünü bildirir. Aytən xanımın Nadirdə ingilis dilinə qarşı yaratdığı məhəbbət onu gələcəkdə tərcüməçı-diplomat olmağa həvəsləndirdi. Hazırda ingilis dilindən əlavə alman, fransız, ispan dillərini öyrənməklə məşguldur.

Nadir haqqında danışacaqlarımız bu qәdәr. Gәlәcәk uğurları bundan da çox olsun. Ailәsinә layiqli övlad olsun. Uğurlar olsun Nadir!

1 комментарий: