elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 января 2017 г.

Əsədova Fatimə Füzuli qızı

Əsədova Fatimə Füzuli qızı 14 fevral 2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Fatimə körpəlikdə çox dəcəl, aktiv uşaq olub. Hər şeylə maraqlanıb. O, heyvanlar və təbiət barədə hər şeyi bilməyə çalışırdı. Fatimə rəqəmləri 3 yaşında olarkən bilirdi. Hərfləri 5 yaşında bağçada müəllimələri öyrədiblər. Onun riyaziyyata və şahmata daha çox marağı olmuşdur. Bu marağı 5-6 yaşlarından üzə çıxıb.
 Fatimə təhsilini Xətai rayonu İlham Məmmədov adına 261 saylı məktəb-liseydə alır. Sinif rəhbəri Fidan Dadaşova onun nümunəvi şagirdlərdən olduğunu deyir. Fatimə dərslərini çox yaxşı oxuyur, sinif əlaçısıdır. Ən sevdiyi fənlər isə riyaziyyat və həyat bilgisidir. Fatimə sinif rəhbəri Fidan Dadaşova tərəfindən təşkil edilən bütün tədbirlərdə fəal iştirak etmişdir. II sinifdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbirdə Fatimə vətənpərvər Xaqan rolunda çıxış edib.
 Qobustan ekskursiyası, ulu babalarımızın yaşadığı yerləri gəzmək onu torpağımıza daha da bağlamışdır. Onun üçün ən maraqlı gün Şəhidlər Xiyabanını ziyarət elədiyi gündür.
 Fatimə əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. O, riyaziyyat üzrə olimpiadada respublika birincisi olmaq istəyir.
 Fatimə asudə vaxtlarında şahmat oynamağı, şəkil çəkməyi, rəqs etməyi, üzməyi çox sevir. Əsas planı yaxşı oxumaq, müəllimlərinin və valideynlərinin ümidini daim doğrultmaqdır. Ən böyük arzusu həkim olmaq və insanların sağlamlığının qayğısına qalmaqdır. Onun fikrincə, tarixin yaddaşında yaşamaq üçün dünya şöhrətli həkim olmalı və insanlara uzun ömür bəxş etməlidir.


Комментариев нет:

Отправить комментарий