elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 января 2017 г.

Maqsudzadә Hәcәr Orxan qızı

Maqsudzadә Hәcәr Orxan qızı 2010-cu il iyunun 12-dә Göyçay şәhәrindә dünyaya göz açıb. Ailәnin ilk uşağıdır. Özündәn balaca bir bacısı vә bir qardaşı var. 
Həcər körpәliyindәn maraqlı rәsmlәr çәkirdi. İndi dә rәsm çәkmәyә çox hәvәslidir. Həcər balamız orta təhsilini Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 saylı orta məktəbdə alır. Dәrslәrini dә çox gözәl oxuyur, çox zәkalı uşaqdır. Sinif rəhbəri Kəmalə Səmədova onun barədə yüksək fikirdədir. 
Həcər məktəbə başlamazdan әvvәl "Menar" kursuna gedıb. Orada da çox razılıq edirdilər. 
Bu yaxında şahmatın incəliklərinə yiyələnmək, zəkasını daha da inkişaf etdirmək üçün valideynləri onu Şahmat Məktəbinə yazdırmağı düşünür. 
Həcər balamızın ən böyük arzusu hәkim olmaqdır. Plastık cərrah olmağı hədəfləyib. Həcər çox vәtәnpәrvәr qızdır.
Onun nәnәsi әmәkdar müәllimdir. Şәki şәhәrində tanınmış, adlı-sanlı müəllimlərdəndir. Həcər də nәnәsi kimi tәhsilli, savadlı xanım olacağını deyir. 
Ailәsi Hәcәrin uğurları ilә hәmişә fәxr edir.
Biz dә Hәcәrә gәlәcәk hәyatında uğurlar arzu edirik.

2 комментария: